Misli Premyer Liqasının 22-ci turu çərçivəsində futbolsevərləri çempionluq yarışının taleyini həll edə biləcək qarşılaşma gözləyir.
QOL.az xəbər verir ki, turun mərkəzi oyununda son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında hazırkı turnir cədvəlinin lideri “Sabah”ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu gərgin mübarizədə Ağdam təmsilçisi birinci pillədə qərarlaşan "Sabah"ı məğlub edərək aradakı xal fərqini minimuma endirməyi hədəfləyir. “Sabah” isə qələbə qazanacağı təqdirdə çempionluğa doğru ən böyük addımlarından birini atmış olacaq.
Qeyd edək ki, hazırda "Sabah" 52 xalla 1-ci pillədə, "Qarabağ" isə 45 xalla 2-ci pillədə qərarlaşıb.
Peşəkar Futbol Liqası sözügedən matçla bağlı maraqlı anons videoçarxı hazırlayıb.
Xatırladaq ki, “Qarabağ” - “Sabah” matçı martın 1-i, saat 19:00-da start götürəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı