Azərbaycan millisi Moldovaya qalib gəldi

Azərbaycan millisi Moldovaya qalib gəldi
ÖLKƏ FUTBOLU 25 Fevral 2026 / 17:30 1361
-  A +

Azərbaycanın U-19 millisi bu gün Moldovada ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner