Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər

Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
ÖLKƏ FUTBOLU 13 Fevral 2026 / 18:21 1072
-  A +

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”də məşqləri bərpa edib.

QOL.az saytının əldə etdiyi xəbərə görə, 28 yaşlı futbolçu artıq iki gündür komandasının ümumi hazırlığında iştirak edir. 

Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan həm oyunlardan, həm də komandasının ümumi məşqindən kənarda qalmışdı. Onun sabah “Qroyter”lə bundesliqa matçında iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.

Emreli bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner