"Qarabağ"ın qapıçısı Mateuş Koxalski bu qış transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəyib.
QOL.az xəbər verir ki, bu barədə polşalı qapıçı özü ölkəsinin przegladsportowy.onet.pl saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, klubun rəhbərliyi bu keçidə icazə verməyib. Həmin klub Polşa "Vidzev"i olub. 25 yaşlı futbolçu təsdiq edib ki, belə bir təklif olub. Hətta özü də “Vidzev”in təklifinə razılaşıb. O, bu gözlənilməz qərarı şəxsi səbəblərə görə verdiyini bildirib:
- Bakıda idman baxımından hər şey yaxşıdır. İnkişaf etdiyimi hiss edirəm və Çempionlar Liqasında oynayıram. Bu, özünü göstərmək üçün ideal yerdir. Amma bir məsələ var ki, heç kim bilmir, çünki mən özüm bu barədə danışmamışam. Məşqdən və ya oyundan sonra evə qayıdıram və tək qalıram. Yaxınlarımdan uzaqda. Futbol mənim üçün çox vacibdir. Bu, aydındır. Amma mən həmişə ailəni və yaxınlarımı birinci yerə qoymuşam və qoyacağam. Nişanlım indi daha tez-tez yanımda olur. Amma o, Polşaya qayıdanda (qiyabi təhsil alır) tək qalmaq mənim üçün çətin olur. Bunun elə görünməsini istəmirəm ki, guya özümü qurban verirəm. Ümid edirəm insanlar bunu başa düşəcək. Mən ailə adamıyam və bu ayrılıq psixoloji durumuma ciddi təsir edir. Məhz buna görə “Vidzev”in təklifini qəbul etmişdim.
- Ekstraklasada oynamaq naminə Çempionlar Liqasından imtina etməyə hazır idiniz?
- Bəli, daxili rahatlığım üçün. Amma sonda transfer baş tutmadı. Çünki “Qarabağ” rəhbərliyi razılaşmadı. Belə alındı ki, ehtiyat qapıçı zədələndi və yenisini qeydiyyatdan keçirmək problem yarada bilərdi. Mən isə komanda üçün o qədər vacibəm ki, “Qarabağ” “Vidzev”in təklifini rədd etdi. Mən bunu yaxşı anlayıram və artıq bu məsələ üzərində dayanmadım. “Vidzev” başqa qapıçı transfer etdi və məsələ bağlandı.
Amma haqqımda yayılan daha bir şayiəni də təkzib edə bilərəm. Dortmund “Borussiya”sından heç bir təklif almamışam. Belə xəbərləri oxumuşam. Düşünürəm ki, son həftələrdə mənimlə bağlı transfer xəbərlərinin 90 faiz-i yalan idi.
- 2026-cı il üçün hədəfləriniz nədir?
- “Qarabağ”la Çempionlar Liqasında mümkün qədər böyük uğur qazanmaq istəyirəm. Karyeramda növbəti addım üçün çalışacağam. Bir də Polşa millisində debüt etmək çox istərdim.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video