"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 19-cu turunda "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissə bizim üçün çox yaxşı keçdi. Matça fəal başladıq, erkən qol vurduq. Fərqlənmək üçün yenə də şanslarımız var idi. Təəssüf ki, onlardan yararlana bilmədik. Fasilədən sonra rəqibin də şansları oldu. Sona qədər mübarizə apardıq. 10 nəfərlə qalsaq da, çox vacib 3 xal qazandıq.
- İkinci hissədə "Qəbələ" daha fəal idi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Birinci hissədə uşaqlar çox güc sərf etdilər. Dayanmadan irəlidə çox pressinq tətbiq edirdik. Fasilədən sonra isə hesabı qoruyub saxladıq. İnanıram ki, gələn oyunlarda daha yaxşı çıxış edəcəyik.
- Yuri Vernidunun gəlişindən sonra komanda 3 qələbə qazanıb və 2 dəfə heç-heçə edib, 11 xal toplayıb. Demək olar ki, "Neftçi" artıq özünə gəlib?
- "Qəbələ" və "Kəpəz"lə oyunlar bizim üçün çox vacibdir. Birini məğlub etdik, qaldı ikinci. "Kəpəz"lə görüşdə də qələbə qazansaq, artıq "Neftçi"nin avrokuboklar uğrunda mübarizəyə qoşulduğunu demək olar. Qarşıdakı matç bizim üçün çox vacibdir. "Kəpəz"i məğlub etmək üçün əlimizdən gələni edəcəyik.
- "Kəpəz"lə matçdan sonra "Qarabağ"la oyun gəlir ki, həmin görüşün də vaxtınım dəyişdirilməsi müzakirə olunur. "Qarabağ"la oyunun təxirə salınması "Neftçi"yə mənfi təsir göstərə bilər?
- Əgər oyun təxirə salınsa, yəqin ki, məşqçilər heyəti tədbir görəcək. Bu halda təxminən 2 həftə meydana çıxmayacağıq ki, bu da əlbəttə, komandaya təsir edəcək. Çünki normalda həftəlik proqramla məşq edirik. Həmin hazırlığın sonu da oyunla tamamlanır. İstənilən halda bu cür vəziyyətə hazır olmalıyıq. Lakin hazırda "Kəpəz"lə oyunu düşünürük.
- Qış fasiləsində "Neftçi"dən ayrılacağınız barədə xəbər yayılmışdı...
- Mən burada xoşbəxtəm. Hər futbolçunun arzusudur ki, "Neftçi" kimi komandada oynasın. Düzdür, təzə gələndə daha çox şans qazanardım. Son vaxtlar az oynayıram. Bu da müəyyən xəbərlərin yayılmasına səbəb olur. Hazırda "Neftçi"dəyəm, mövsümün sonuna kimi müqaviləm var. Çalışacağam ki, qarşıdakı 4-5 ayda özümü yaxşı tərəfdən göstərim və burada da qalım.
- Qış fasiləsində "Qəbələ"dən təklif almışdınız. Özünüz getmək istəmədiniz, yoxsa "Neftçi" buraxmadı?
- Bəli, qalmağı daha üstün saydım.
- Demək olar ki, "Neftçi"də ən güclü rəqabət məhz sizin mövqeyinizdədir. Bu amil də qərarınıza təsir göstərmədi?
- Hər futbolçu daha çox oynamaq istəyir. Mövqeyimdə çox gərgin mübarizə gedir. Bu da təsirini göstərir. Bununla belə, mən də daha çox oynamaq, özümü göstərmək və milliyə dəvət almaq istəyirəm. Son zamanları nəzərə almasaq, daim oynamışam. Bundan sonra da mübarizə aparacağam. Rəqabət nə qədər güclü olsa da, şans qazanmaq üçün əlimdən gələni edəcəyəm.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video