“Azarkeşlərə təşəkkür edirəm, son iki səfər oyununda yanımızda oldular. Eləcə də futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. Bəlkə də futboldan danışmaq düzgün olmaz, bu gün xarakter önəmli idi. İlk hissədə "Şamaxı" bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qələbə qolunu vurduq. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis növbəti turda "İmişli" ilə matçda əsas heyətlə çıxa biləcəklərini istisna etməyib:
“Heyərdə hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır”.
O, Nəriman Axundzadənin ABŞ klubuna transferi ilə bağlı danışıqların getdiyini söyləyib:
“Danışıqlar sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, nə düşünürsünüz, getməyim və ya qalmağımla bağlı. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki...”
Qurbanov "Neftçi" ilə oyunun təxirəsalınma məsələsində son durumu belə açıqlayıb:
“Rəhbərlik səviyyəsində məsələ müzakirə olunur”.
“Qarabağ”ın baş məşqçisi "İmişli" ilə oyunun ilk dövrədə olduğu kimi, yenidən dəyişdirilməsi ehtimalına inanmır:
“Böyük ehtimalla, Qubada oynayacağıq. Bakıda oynasaq, söz-söhbət böyüyəcək”.
Qurban Qurbanov Bəhlul Mustafazədnin Çin klubuna getməyərək komandada qalmasına belə münasibət bildirib:
“Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək”.
O, Nəriman Axundzadənin gedişinin “Qarabağ” üçün ürəkaçan olmadığını vurğulayıb:
“Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki onun üçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik”.
Q.Qurbanov Montielin bəzi epizodlarda aqressiv olmasında problem görmür:
“Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır”.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video