“Turan Tovuz”un rusiyalı qapıçısı Sergey Samokun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 19-cu turunda “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəldiniz. Komandanızın sərgilədiyi oyundan nə dərəcədə razı qaldınız?
- Çətin oyun keçdi. Müdafiədə etibarlı çıxış etdik. Qol epizodlarımız çox oldu. Dirəkdən dönən toplar var idi. Bir sözlə, üstünlük bizim tərəfimizdə idi. Minimal hesablı olsa da, layiqli qələbə qazandıq.
- Belə təəssürat yaranır ki, “Turan Tovuz” nisbətən zəif kollektivlərlə oyunlara lazımi dərəcədə motivasiya ola bilmir. Elədir?
- Deməzdim. Ümumiyyətlə, motivasiya ilə bağlı problem olduğunu düşünmürəm. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq da hər matça 3 xal üçün çıxırıq.
- Bəs yorğunluq necə, var idi?
- Üç gün əvvəl “Kəpəz”ə qarşı kubok oyunu keçirmişdik. Buna görə də bir qədər yorğunluq var idi. Əlbəttə, üç gündən bir meydana çıxmaq heç də asan deyil. Lakin buna öyrəşməliyik. Çünki bu aralar qrafikimiz çox sıxdır. Ardıcıl üç gündən bir oyunlarımız olacaq. Gücümüzü düzgün bölməli və lazımi nəticləri qazanmalıyıq.
- Tovuzda oynamamağınız komandanızın çıxışına nə dərəcədə təsir göstərir?
- Əlbəttə, doğma azarkeşlər önündə oynamaq hər zaman xoşdur. Fanatların dəstəyi bizə əlavə güc verir. Bununla belə, azarkeşlərimiz hər zaman yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik.
- Meydana çıxdığınız son iki matçda qapınızı toxunulmaz saxlamısınız. Sizcə, bu məqam növbəti matçlarda da start heyətində yer almağınızı təmin edə bilər?
- Məqsədim hər matçda komandama faydalı olmaqdır. Təbii ki, son iki görüşdə qol buraxmamağım mənim də ürəyimcədir. Şans qazandığım halda, növbəti görüşlərdə də bunun üçün çalışacağam. Hər zaman komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.
- Ötən mövsüm İvan Konovalov, bu il isə Oleq Baklovla rəqabət aparırsınız. Hansı daha çətindir?
- Kimisə fərqləndirmək istəməzdim. Hər ikimiz məşqlərdə tam gücümüzlə çalışırıq. Yekun qərarı isə məşqçilər korpusu verir.
- Son görüşlərdə meydana çıxsanız da, yəqin razılaşarsınız ki, əsas qapıçı hesab olunmursunuz. Vəziyyət dəyişməsə, “Turan Tovuz”dan ayrılmaq fikriniz var?
- Açığı, bu barədə düşünməmişəm. Burada məni hər şey qane edir. Çox yaxşı baş məşqçimiz var. Eləcə də qapıçı məşqçimizdən razıyam. Mehriban, peşəkar kollektivimiz var.
- Növbəti turda səfərdə “Şamaxı” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çətin oyun olacaq. “Şamaxı” yaxşı komandadır. Öz meydanında bir çox rəqiblərə başğarısı olur. Odur ki, bizi qarşıda gərgin 90 dəqiqə gızləyir. Hər nə qədər çətin olsa da, məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır.
- İlk iki yerə "Sabah"la "Qarabağ" daha iddialı görünür. Belədə “Turan Tovuz”un əsas hədəfi üçüncü olmaqdır?
- Məncə, indidən qəti fikirlər bildirmək üçün tezdir. Düzdür, hazırda “Sabah”dan 13, “Qarabağ”dan isə 6 xal geri qalırıq. Lakin turnir cədvəlində daha da irəliləmək şansımız var. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə həll olunmayıb.
- Titul qazanmaq baxımından kubok sizin üçün ön plana çıxa bilər?
- Kubokda da daha çox irəli getmək hədəfimizdir. Prezidentimiz də kuboku qazanmağımızı istəyir. Bunun üçün çalışacağıq. Ümumiyyətlə, hər iki cəbhədə sona qədər mübarizə aparacağıq.
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu
Levandovski "Barselona"dan gedir
“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”
PSJ çempion olub Fransa tarixinə düşdü
Nəriman oynadı, komandası uduzdu
Qadın komandası üçün 13 milyonluq möhtəşəm baza - Video
"İnter" İtaliya kubokunu da qazandı
"Əl-Hilal" Levandovskiyə sərvət təklif etdi
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas