Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start veriləcək.
QOL.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
Boks Mərkəzində təşkil olunacaq və 7 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlər – Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vazquesin (Kuba) dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı