Səudiyyə Ərəbıstanında baş tutan Madrid derbisində qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, İspaniya Superkubokunun yarımfinalında “Real”a 1:2 hesabı ilə uduzan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunun gedişində rəqibin vingeri Vinisius Junioru təxribata çəkməyə çalışıb.
Məlumata görə, Simeone ilk dəfə fasilədən əvvəl braziliyalı futbolçuya səslənərək deyib: “Vini, Vini… Florentino (Peres) səni qovacaq, sözümü unutma”.
İkinci insident isə Vinisiusun 81-ci dəqiqədə Arda Gülerlə əvəzlənməsindən sonra baş verib. Futbolçu meydanı tərk edərkən Simeone tribunalara işarə edib, daha sonra isə barmağını qulağına apararaq jestlər göstərib.
Matçdan sonra keçirilən mətbuat konfransında Dieqo Simeone baş verənlərə belə münasibət bildirib: "Deyəcək sözüm yoxdur. Meydanda baş verənlər, bizə uşaqlıqdan öyrədildiyi kimi, meydanda qalmalıdır. Bundan artıq nəsə demək istəmirəm. Mübahisə? Xatırlamıram, yaddaşım qısadır”.
“Real”ın baş məşqçisi Xabi Alonso isə Simeonenin davranışını tənqid edib: “Şəxsən mən rəqib futbolçulara hörmətlə yanaşıram və adətən onlarla dialoqa girmirəm. Onun Vinisiusa dediklərini oxuyub eşidəndə bu, mənə heç xoş gəlmədi. Bu cür ifadələr idman davranışına uyğun deyil. Rəqibə hörmət etmək lazımdır və meydanda da müəyyən hədlər var”.
Qeyd edək ki, Superkubokun finalında 11 yanvar tarixində “Barselona” ilə “Real” qarşılaşacaq. Turnirin hazırkı qalibi “Barselona”dır. Katalon klubu 2025-ci ilin finalında “Real”ı 5:2 hesabı ilə məğlub etmişdi.


"Arsenal"dan "Everton"a
"Fənərbaxça"dan qələbə
“Sabah”ın Çempionlar Liqasında ilk məğlubiyyəti
"Qalatasaray"la matçdan öncə doğma meydana qayıdırlar
FİFA-dan DÇ-2030-la bağlı qərarın dəyişdirilməsi istənildi
"Qarabağ" asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
Vozinyaya xüsusi icazə verildi
Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
"Salahı ala bilmədik yox, almadıq" - "Beşiktaş" prezidenti
UEFA -nın 2027-ci il konqresinin məkanı açıqlandı
"Orhus" - "Sabah": Heyətlər
Mudrik qayıtdı, "Çelsi" uduzdu
"Kəpəz" qapıçısını komandada saxladı
Azərbaycanda 2 klubun adı dəyişdirildi
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
Milan derbisində heç-heçə
Premyer Liqa klubundan rekord məbləğdə transfer
"Qarabağ" Polşaya yollandı - Şəkillər
2-ci liqada yeni mövsümün püşkü atıldı
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
Oyun zamanı ildırım düşdü, bir futbolçu həyatını itirdi
"Real" futbolçusunu icarəyə verdi
Qurban Qurbanov tənqidlərə belə cavab verdi - Video
"Kəpəz"də yeni müqavilə
Braziliyada oyuna tutuquşu hücumu - Video
"Sumqayıt" Braziliyadan daha bir oyunçu gətirdi
Koxalski və Şahruddinlə bağlı suallara belə cavab verdi
Zakaria Savonu "Qarabağ"ın oyunlarında kim əvəzləyəcək?
"Napoli"dən "Bayer"ə
Fildişi Sahili millisində yeni baş məşqçi
Məhəmməd Salah: “Bizə hər yer Trabzon!” - Video
"İnter"dən Çalhanoğlu qərarı
Zamiq qayıtdı və Avroliqa oyununa çıxdı
"Orhus" - "Sabah" oyunu bu kanalda