“İmişli” peşəkar futbol klubu fiziki məhdudiyyətli gənc Hüseyn İsmayılovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib.
Bu haqda QOL.az-a klubdan məlumat verilib.
Hüseynin futbola olan böyük sevgisi və həyat hekayəsi klub rəhbərliyi və üzvləri tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.
Hüseyn İsmayılov uşaq yaşlarından peşəkar futbolla məşğul olub. Lakin 15 yaşında məşq zamanı aldığı ağır baş zədəsindən sonra ona iflic diaqnozu qoyulub. Artıq 10 ildir ki, Hüseyn əlil arabasında hərəkət edir.
Ziyarət zamanı “İmişli” PFK tərəfindən Hüseynə əlil arabası hədiyyə edilib. Eyni zamanda komandanın rəsmi forması da gənc futbolsevərə təqdim olunub. Klubun prezidenti Kamran Eyyubovun Hüseynə ünvanladığı xoş arzular və sağlamlıq diləkləri ailəyə çatdırılıb.
Görüşdə klub nümayəndələri və komanda üzvləri iştirak edərək Hüseynin sevincinə şərik olublar.
“İmişli” PFK bu kimi addımlarla cəmiyyətin həssas təbəqələrinə dəstək olmağı və sosial məsuliyyət təşəbbüslərini davam etdirməyi qarşısına məqsəd qoyub.
Yuxarı
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video