UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Ayaks”ın Niderland çempionatındakı “Qroningen”lə yarımçıq qalan ev matçı yekunlaşıb.
QOL.az xəbər verir ki, bazar günü azarkeşlərin atəşfəşanlıq şousu səbəbindən 5-ci dəqiqədə dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib. Matç Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tamaşaçısız keçirilən matçda “Ayaks”ın qollarını Qodts və Bouvman vurublar. Oyunun maraqlı məqamı tribunaya təkcə bir nəfərin azarkeş qismində çıxış etməsinə icazə verilməsi olub. Belə ki, stadiona yalnız ağır onkoloji xəstəlikdən əziyyət çəkən Piter adlı azarkeş buraxılıb.
Qeyd edək ki, statistik üstünlük “Qroningen”də olsa da, qələbəni meydan sahibləri qazanıb. Bu nəticədən sonra “Ayaks” turnir cədvəlində 5-ci pilləyə yüksəlib və liderdən 14 xal geri qalır.
Xatırladaq ki, ÇL-in 6-cı turunun “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi