Misli Premyer Liqasının 13-cü turunda "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
- Futbolçularımı təbrik edirəm, bu gün əsl xarakter nümayiş etdirdilər ki, bu da bizim üçün çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə səmərəli görüşümüz olmuşdu və onlara layiqli mübarizə aparacağımıza dair söz vermişdik. Qarşılaşma bir qədər gərgin başladı. "Araz-Naxçıvan"ın güclü hücum potensialı var, buna görə də startda həyəcan hiss olunurdu və sadə top itkilərinə yol verirdik. Lakin qol vurduqdan sonra komanda sakitləşdi, oyunumuz daha rahat alındı. Təəssüf ki, yenə standart vəziyyətdən qapımızda qol gördük. İkinci hissəyə daha yaxşı başladıq və rəqibə qol şansı vermədik. Çoxlu qol epizodları yaratsaq da, onları reallaşdırmaqda çətinlik çəkirik. Bugünkü oyun göstərdi ki, potensialımız daha böyükdür. Hələ cəmi bir qələbə qazanmışıq, qarşıda bizi çox oyun gözləyir. Bu nəticədən düzgün dərs çıxarıb yolumuza davam etməliyik.
- Neçə turdur ki, qələbə qazanacağınız gözlənilirdi. Bu qalibiyyətin "Qəbələ"nin sizdən əvvəlki baş məşqçisi Elmar Baxşıyevin komandası üzərində olacağını gözləyirdiniz?
- Bizim Elmar Baxşıyevə böyük hörmətimiz var. Həm yaxşı insandır, həm də yaxşı məşqçidir. Sadəcə elə alındı ki, onun komandası ilə matçda qələbə qazandıq.
- Nuğay Rəşidov bu gün meydanda ən yaxşılardan idi. Onun performansını necə dəyərləndirirsiniz?
- Gənc futbolçunun belə inamlı oyunu bizi sevindirir. Lakin onu çox tərifləməyə tələsməməliyik, Nuğay stabil çıxış etməyi öyrənməlidir. Bu gün Eşqin də əzmkar mübarizəsi ilə seçildi. Nicatı xüsusi qeyd etmək istəyirəm, o, zədəli olmasına baxmayaraq meydana çıxdı və var gücünü ortaya qoydu. Bütün futbolçularıma təşəkkür edirəm, bu gün əsl xarakter nümayiş etdirdilər.
- Murad Musayevin son dəqiqələrdə qırmızı vərəqə almasına münasibətiniz necədir?
- Muradın oyunda yeganə səhvi həmin anda gecikməsidir. O, tək kapitan deyil, meydanda lider kimi oynayır. Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi.(sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi