"İmişli" Misli Premyer Liqasının 13-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun çox çətin keçdi. Evdə uduzduğumuza görə məyusuq. Matça "Sabah" yaxşı başladı. Daha sonra oyunu bərabərləşdirməyi bacardıq. Hətta qol da vurduq. Bizim düşüncəmizə görə ofsayd yox idi. Amma VAR fərqli qərar verdi. İlk dəfə deyil ki, belə hallarda VAR bizim əleyhimizə qərar verir. İkinci hissədə ilk qola qədər bərabər oyun gedirdi. Futbolçular məğlub duruma düşdükdən sonra qol vurmaq üçün çox çalışdılar. Yaxşı şanslarımız olsa da, qol vura bilmədik. Rəqibi təbrik edirəm.
- Növbəti matçınız da kubokda "Sabah"a qarşıdır. Qışa müddətdə nəyi dəyişməyi düşünürsünüz?
- Eyni qaydada məşqlərimizə davam edəcəyik. Bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Qışa müddətdə iki matç olduğu üçün heyətdə bir neçə dəyişiklik olacaq. Çünki bərpa prosesi vacibdir. "Sumqayıt"la çempionat oyununu da düşünməliyik.
- "Sabah"ın baş məşqçisi bildirdi ki, bu stadion Premyer Liqa səviyyəsində deyil. Siz necə düşünürsünüz?
- Həmkarımın sözlərinə hörmətlə yanaşıram. Bura bizim ev oyunlarını keçirdiyimiz stadiondur. Baxın görün biz evdə və səfərdə necə oynayırıq.
- "Neftçi" üzərindəki qələbədən sonra bu gün "Sabah"a böyük hesabla uduzdunuz. Meydança amilinin oyununuza təsiri oldu?
- Meydançadan çox rəqibimizi daha çox düşünürük. "Sabah"ın Premyer Liqada bir məğlubiyyəti var, o da bizimlə oyunda. Bu matça da qələbə üçün çıxmışdıq. Meydan barədə heç nə deməyəcəm. Çünki futbolda əsas olan taktiki yanaşmadır.
- Bu gün 10 legionerlə meydana çıxmışdınız. Əlinizdə imkan olsa, Azər Salahlının yerinə də əcnəbi futbolçu oynadırdınız?
- Azər bizim kapitanımızdır, komanda üçün çox vacib oyunçudur. Bu gün səhv etməsi heç nəyi dəyişmir. Bu, futboldur, səhvlər olur. Əcnəbi futbolçular da səhv edir.(sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi