Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "Neftçi"nin məşqçisi Samir Abasovun dörd oyunluq cəzası olduğu üçün onun əvəzinə Mübariz Orucov jurnalistlərin suallarını cavablandırıb.
- Ötən mövsüm heyət yetərsiz göstərildi, yeni heyət yığıldı. Bəs, indi problem nədədir?
- Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımdan keçən illə müqayisədə yaxşıyıq, amma bu hələ nəticələrə təsir etmir. Çox xallar itirmişik və bu gün də üzücü məğlubiyyət aldıq. Amma komandada yeni oyunçular var və heyət hələ tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimizdə böyük dəyişikliklər olub və hazırda uyğunlaşma prosesi davam edir.
- “İmişli” ilk mövsümdür Premyer Liqada oynayır. Onlar nə danışsın?
- “İmişli” yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiyalı oynayır və istəkləri yüksəkdir. Bu səbəbdən qalib gəldilər.
- İki qolu da standart vəziyyətdən buraxdınız...
- Komandaya onların aut atışlarından təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.
- Artıq turnir cədvəlində “İmişli”dən də aşağıdasınız. Maraqlıdır, kuboka köklənəcəksiniz? Kubok daha önəmli rol oynayacaq?
- Onsuz da biz “Neftçi” olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var.
- Hədəf nədir?
- “Neftçi”nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklar hədəfimiz var. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi