Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.
QOL.az sportal.az-a istinadla xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:
"Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. Bilirik ki, "Neftçi" böyük rəqibdir. Yaxşı hazırlaşmışdıq. Onların oyununa qarşı öz oyunumuzu ortaya qoya bildik. "Neftçi"nin taktikasının necə olacağını bilirdik, koridorlarda boşluq olacağını ehtimal edirdik. Bundan da istifadə edə bildik. Oyunumuz çətin başladı, qapımıza 10-cu dəqiqədə penalti təyin edildi. Amma oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. "Neftçi" kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək oyunu qalib başa vurduq. "Neftçi"ni təbrik edirəm, yaxşı oyun göstərdilər. Onlardan daha üstün idik".
- "İmişli" bu gün Bakıya qələbə üçün gəlmişdi, yoxsa bir xal da kifayət edəcəkdi?
- Oyundan qabaq həmişə futbolçularla danışanda, onları qalibiyyətə yönəldirik. Əgər rəqibimiz bizdən daha güclü oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər bir xal qazancdır. Üç xal fantastik nəticədir. Futbolçulara hər oyundan qabaq qalib gəlmək mentaliteti yönəldilir.
- Xarakteri kənara qoysaq, "İmişli" nəyin hesabına qalib gəldi? Sizdə nə var idi ki, "Neftçi"də yox idi?
- "Neftçi" barədə yox, öz komandam barədə danışa bilərəm.
- "Neftçi"yə qarşı birinci və bugünkü oyunu necə müqayisə edərdiniz?
- Birinci oyunla bugünkü oyun arasında fərq çox böyükdür. Çünki bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda I Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli "İmişli" idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, biz 3 qol vururuq. İndi "İmişli"nin məqsədləri daha yüksəkdir. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.
- Son dəqiqələrdə iki legioner hücumçunuzu yerli futbolçu ilə dəyişdiniz. Sanki onda özünüz də 2:2 hesabına razılaşmışdınız?
- Burada xal məsələsi deyildi. Almeyda və Juninyo oyun ərzində çox qaçdılar. Fiziki cəhətdən komandanı yeniləmək lazım idi. "Neftçi"nin keyfiyyəti yüksəkdir. Sonlarda onların çox şansı var idi. Ona görə dəyişiklik etdik ki, fiziki və mental cəhətdən müqavimət göstərə bilək.
- Qışda rəhbərliklə söhbət edəcəksiniz ki, komandaya yeni transferlər cəlb edilməsi üçün büdcə artırılsın?
- Qışda oyunçuları almaq daha çətin olur. Adətən də bizim kimi komanda üçün. Biz "Qarabağ", "Neftçi" səviyyəsində deyilik ki, bahalı oyunçuları ala bilək. Bu barədə düşüncələr yoxdur. Avrokuboklar filan, hətta dördlüyü də düşünmürük. Yeni yaranmış komandayıq. Əsas məsələ odur ki, stabilliyi qoruyaq və potensialları ortaya qoyaq. Texniki heyət, məşqçilər oyunçuların maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur. Hazırkı komandanı maksimum səviyyəyə çıxarmaq istəyirik.
- Bəs, ölkə kubokuna yanaşmanız necə olacaq? Növbəti rəqibiniz kubokun sonuncu qalibi və bu mövsüm Premyer Liqada məğlub etdiyiniz "Sabah"dır...
- Biz oyunçularımızı hər matçdan qabaq qələbəyə hazırlayırıq. Hər matçda qalib gəlmək istəyirik. Favorit "Sabah"dır. Onlar görür ki, biz "Neftçi"ni uda biliriksə, daha da diqqətli hazırlaşacaqlar. Böyük komandaların məqsədləri kuboku qazanmaq, Avropaya getməkdir. Bizim məqsədimiz oyundan-oyuna növbəti görüşü düşünməkdir.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi