“Çətin səfər idi, yaxşı formada olan bir komandaya qarşı oynayırdıq. Bilirdik ki, “Sabah” son matçlarda qələbə seriyası qurub. Biz də oyuna ciddi hazırlaşmışdıq. Futbolçularımın nümayiş etdirdiyi performans bizi sevindirdi. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmirik. Çempionatın əvvəlindən bəri yüz faizlik fürsətləri qaçırırıq, amma bunun üzərində işləyirik. Oyun planımızın əsas məqamları alındı və vacib xal əldə etdik. İndi isə gələcək matçlara fokuslanacağıq".
QOL.az xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bu fikirləri Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O, media nümayəndələrinin suallarını cavablandırıb.
- Mübahisəli epizodlara baxdınızmı?
- Açığı, təkrar görüntülərə baxmadım. Oyunun tempi yüksək idi və baş hakim də mübarizəyə müəyyən qədər imkan verirdi. Mərkəzdə 1-2 xırda epizod oldu, bu da futbolda normaldır. Meydançadakı hər şeyə reaksiyamız olur, amma düşünürəm ki, VAR həmin vəziyyətləri incələyib. Mən özüm baxmadığım üçün konkret fikir bildirə bilmərəm.
- Rüfət Abbasov bu gün vinger mövqeyində oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiniz?
- Bu gün seçdiyimiz sistem tam olaraq rəqibə hesablanmışdı. “Sabah”ın güclü hücum xətti var, buna görə də oyuna uyğun dəyişiklik etmişdik. Rüfətin özünə inamının artması üçün onu hücumda oynatdıq. İlk hissədə yaxşı performans göstərdi, sonradan yoruldu. Rüfət universal futbolçudur, gələcəkdə sağ cinahda da istifadə edə bilərik.
- Demək olar ki, “Sabah”ı daha yaxşı tanıyırsınız...
- Bu mövsüm onlara uduzmuşduq. Ötən mövsümdə də oyunlarımız maraqlı keçmişdi. Üstəlik, “Sabah”ın baş məşqçisi indi fərqlidir. Ola bilsin ki, bu dəfə bizim belə bir sistemi seçəcəyimizi gözləmirdilər. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır və biz də hansısa məqamda rəqibi təəccübləndirmək istədik. Alınmaya da bilərdi, amma məşqçisənsə risk etməlisən. Ən çox sevindiyim məqam isə odur ki, futbolçular dəyişiklikləri tez qavrayırlar. “Sabah” yaxşı komandadır, bu mövsüm daha rəngarəng və dinamik futbol oynayırlar.
- Legioner limitinin ləğvindən sonra futbolun keyfiyyətinin artacağı deyilirdi. Amma meydanda bu hələ görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb?
- Bizim liqa çətindir, bunu kənardan olan mütəxəssislər də vurğulayır. Bəzən oyunun yaxşı görünməməsinin səbəbi oyun saatı və stadiondakı boş tribunalar ola bilər. Ola bilsin ki, izlənilmir, amma biz bir çox xarici liqalara baxırıq. Məsələn, Xorvatiya və Serbiya çempionatlarında bəzən oyunda heç iki korner belə olmur. Əvvəllər daha çox hücum futbolu oynanılırdı, amma indi taktiki mübarizə ön plana çıxıb. Komandaları başa düşmək olur, nəticəyə fokuslanırlar. Limitin ləğvindən sonra səviyyənin sürətlə yüksələcəyi fikri ilə razılaşmıram.
- Hazırkı temp çempionata baxanda gələcəkdə milli komandaya ümid verirmi?
- Tempin necə göründüyünü bilmirəm. Bu oyunun göstəricilərini də dəqiq bilmirəm. Oyunun təmiz gedişatına baxmaq lazımdır. Premyer Liqamız bir çox ölkələrin çempionatlarından üstün səviyyədədir. Bizdə oyunların ən aşağı tempi 35-37 dəqiqə olur, amma bəzi ölkələrdə bu göstərici 30 dəqiqəyə düşür. Məsələn, "Qarabağ"la oyunumuzda təmiz 60 dəqiqə yüksək səviyyədə futbol oynandı. Bu, çox yaxşı göstəricidir, amma tempimizi daha da artırmalıyıq. Çempionatın tempi artanda avtomatik olaraq milli də yaxşı olacaq demək düzgün deyil. Komandada sağlam rəqabət olmalıdır. Məsələn, Xəyal Əliyev “Sabah”da əsas heyət üzvüdür. Biz rəqabəti də artırmalıyıq.(sportal.az)
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"