Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.
QOL.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
İslam Bazarqanov (57 kq) ilk görüşündə iranlı Ali Momenijujadehə 4:2 hesabıyla, daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam üstünlüklə (11:0) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Əli Rəhimzadə (65 kq) debütdə türkiyəli Ahmet Dumana 5:1 hesabıyla qalib gəldikdən sonra misirli Səid Elqaşa heç bir şans tanımayıb – 10:2. Yarımfinalda iranlı 2 qat dünya çempionu və olimpiya mükafatçısı Rəhman Amuzada (0:7) uduzan həmyerlimiz bürünc medal uğrunda özbəkistanlı Ümidcan Cəlalovla güləşib və məğlub olub – 3:8.
Ruzanna Məmmədova (62 kq) finaladək çeviklik və yüksək güləş texnikası nümayiş etdirib. O, ilk qarşılaşmasında fələstinli Ayla Mayalini vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Daha sonra isə özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə qazanıb – 6:0. Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə üz-üzə gəlib. Məmmədova təcrübəli rəqiblə görüşdə əzmkar güləş sərgiləsə də, son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
Nigar Mirzəzadə (68 kq) yarışa inamlı start verib. O, indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb – 1:12. Nigar bürünc medal uğrunda banqladeşli Həlimə Akterlə qarşılacaq.
Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı mübarizədən kənarlaşdırıb – 5:0. Gənc güləşçimiz 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə uduzub – 0:10. Banqladeşli Həlimə Akter bürünc medal görüşünə çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Sabah son 4 sərbəst güləşçimiz mübarizə aparacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı