“Bu gün istənilən azərbaycanlı məşqçi ölkəmizə gələn əcnəbi mütəxəssisdən zəif deyil. Özümüz-özümüzə yuxarıdan aşağı baxmağı qurtarmalıyıq”. Bunu Bakının “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Cari mövsüm həm Premyer Liqada, həm də bombardirlər yarışında əcnəbilərin hegemonluq etməsi ilə diqqət çəkir. Ölkəmizdə çalışan legionerlərin futbolumuza xidmət etdiyini deyən Abdullayev fikrincə, yerlilərə də güvənmək vacibdir: “Misal üçün, “İnter”də daha çox əcnəbilər yer alsa belə, bu, Azərbaycan komandasıdır. Onu demək istəyirəm ki, biz özümüz-özümüzə inanmağı bacarmalıyıq. İsa peyğəmbərin gözəl kəlamı var – öz dövlətində peyğəmbər olmaq çox çətin və mümkünsüzdür. Bizimkilər yerli məşqçilərə güvənməli və inanmalıdırlar. Ola bilsin ki, həmin klublarda işləyən məşqçilərin şəraiti digərlərindən çox-çox yaxşıdır. Söhbət baza və digər məsələlərdən gedir. Əcnəbilərin üstünlükləri onların şəraitinin daha yaxşı olmasındadır. Bununla öz şəraitimizdən şikayətlənmək fikrində də deyiləm”.
Əcnəbi həmkarlarına hörmət bəslədiyini vurğulayan Abdullayev onlara uğurlar arzulayıb: “Hər halda, onlar da futbolumuzun inkişafı yolunda öz güclərini sərf edirlər. Amma məşqçilərimizin də üstündən xətt çəkməyə və bizə yuxarıdan aşağı baxmağa ehtiyac yoxdur. Klub rəhbərliyinin baş məşqçi postunda yerli, yaxud əcnəbi çalışdırıcıya güvənməsi onların şəxsi işidir. Əcnəbilərdə şərait bizdən yaxşıdırsa, bu, o demək deyil ki, onlar asanlıqla çempion olacaq, biz də kənarda qalacağıq”.
Sonadək mübarizə aparacaqlarını deyən 48 yaşlı çalışdırıcı yerli mütəxəssislərin hər mövsüm özünü sübut etməsinə toxunub: “Hazırda Azərbaycan futbolunda öz sözünü deyən mütəxəssislərimiz çoxdur. Məgər bizdə məşqçi yoxdur? Əlbəttə ki, Azərbaycanda istənilən səviyyədə məşqçi var. Saysaq, barmaqlarımız çatmaz. Əcnəbilərin ölkəmizə gəlişi futbolumuz naminə çox yaxşıdır. Ancaq nə onlar, nə də bizimkilər məşqçilərimizə zəif gözü ilə baxmamalıdır”.
Qeyd edək ki, Abdullayev məşqçilik karyerasında iki dəfə ölkə kubokunu qazanıb.
Mənbə: apasport.az
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı