Atlantik okeanının ortasında, cəmi 5 min nəfərlik bir şəhərcikdən çıxan "Kİ Klaksvik" bir daha Avropa futbolunun sərhədlərini aşmağa çalışır.
QOL.az İspaniyanın "Marca" nəşrinə istinadla yazır ki, Farer adalarının kiçik və təvazökar komandası olan "Kİ Klaksvik" futbol dünyasını bir daha heyrətləndirdi: 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqəni rəsmən təmin edən ilk klub oldu.
Hazırkı ÇL turniri yeni başlasa da, Farer təmsilçisi artıq öz ölkə çempionatında sona iki tur qalmış çempionluğunu elan edərək növbəti mövsümün ilkin mərhələlərinə vəsiqə qazanıb (Farer adalarında bu mövsümkü çempionata martın 7-də start verilib, oktyabrın 25-də isə yarışa yekun vurulacaq - red.).
İslandiya ilə Şotlandiya arasında yerləşən, cəmi 50 mindən bir qədər çox əhalisi olan bir ölkə üçün bu uğurun simvolik əhəmiyyəti böyükdür. Komandanın 2.500 nəfərlik stadionu Klaksvik şəhərinin yarısını qəbul edə bilir və burada hər oyuna əsl bayram kimi yanaşılır. Stadionun yerləşdiyi möhtəşəm mənzərə isə ayrıca heyranedicidir – yuxarıdan baxdıqda yaşıl meydança Atlantik okeanının maviliyinə qarışır.

Bu, "Klaksvik"in qitənin ən nüfuzlu turnirində ikinci çıxışı olacaq. 2023/24 mövsümündə klub bir neçə ilkin mərhələni adlayaraq Farer futbolu tarixində ilk dəfə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bu dəfə isə Kİ bir daha coğrafi məhdudiyyətləri aşmaq və Avropada öz bayrağını dalğalandırmaq arzusundadır.
Eyni zamanda, Avropanın qalan hissəsi də bu şimal möcüzəsini diqqətlə izləyir. Məsələn, hazırkı turnirdə Qazaxıstan təmsilçisi "Kayrat" Almatı "Real Madrid"i 10 saatlıq uzaq səfərə məcbur etdi. Bu isə coğrafiyanın da futbol tamaşasının bir hissəsi olduğunu göstərdi. Əgər "Kİ Klaksvik" yenidən bir sıra mərhələləri adlayıb nəhəng klublarla qarşılaşmağa nail olsa, bu, 3.000 kilometrlik uzun bir səfər demək olacaq – arada isə yalnız Atlantik okeanı və Norveç dənizi qalacaq.
(İspaniyanın "Marca" qəzetindən tərcümə ilə)
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da