"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 6-cı turunda bu gün Qubada “İmişli”yə qarşı keçirilən oyunu (1:1) şərh edib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyunda sonra keçirilən mətbuat konfransında 43 yaşlı mütəxəsssis jurnalistlərrin suallarını cavablandırıb:
- Bu şəraitdə göstərdikləri əzmkarlıq və peşəkarlığa görə futbolçularıma təşəkkür edirəm. Oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə yaxşı hücumlar qurduq. Sonra standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunumuz bir az pozuldu. Amma ikinci hissədə tamamilə istədiyimiz futbol gedirdi. Çoxsaylı hücumlar edirdik, rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən alındı. Mümkün futbol şəraitini nəzərə alsaq, bugünkü nəticəni pozitiv hesab etmək olar.
- Meydançanın durumu ilə bağlı fikirləriniz necədir?
- Könül istərdi ki, daha yaxşı olsun. Amma bu gün real vəziyyət budur. Bizdən qabaq da "Sumqayıt" burada oynayıb. Bizdən sonra da bu stadionda oyunlar keçiriləcək. Çox da şikayət etmək istəmirəm. Hər birimiz istəyərik ki, meydançalarımızın ot örtüyü daha keyfiyyətli və səviyyəli olsun. O zaman futbolumuz, klublarımız daha sürətlə inkişaf edəcək. Bu meydançanın durumu "İmişli"nin uğurlarına kölgə salmır. Çünki yaxşı stadionlarda da yaxşı oyun nümayiş etdiriblər. Çempionata çox uğurlu start veriblər. Onların da haqqını ödəmək lazımdır. Əzmkar, yaxşı komanda formalaşdırıblar.
- "Şamaxı" ilə matçdan sonra demişdiz ki, məni "İmişli" ilə oyun çox qayğılandırır. İndi necə düşünürsünüz?
- Rəqib son dövrlərdə çox uğurlu qollar vurur. Onları təhlil edəndə vurğulamışdıq ki, diqqətli olmaq lazımdır. Autdan, kornerdən, cinahdan olan cərimə zərbələrindən qolları var. Bizə də elə bir qol vurdular. Oyunun gedişatını nəzərə alsaq, qayğımız özünü doğrultdu.
- İssa Cibrillanın zədəsi ciddidir?
- Sabah tibbi müayinədən keçəcək. Ondan sonra nəsə deyə bilərik.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video