İtaliyanın “Komo” klubu futbolçusu Dele Alli ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü bu ilin yanvarında “Komo” ilə müqavilə imzalamışdı. O, komandada cəmi bir oyunda iştirak edib. Əsasən "Tottenhem"dəki oyunu ilə tanınan futbolçu "Everton" və "Beşiktaş"da da çıxış edib.
Əlavə edək ki, "La Gazetta dello Sport" bir müddət əvvəl Dele Allinin karyerasını başa vurmağa hazırlaşdığını yazmışdı.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev