"Etiraf etməliyik ki, ilk oyun planlaşdırıldığı kimi getmədi. İlk hissə bizim üçün yaxşı göründü, amma ikinci hissədə ritmimizi itirdik və rəqibin bizdən üstün olmasına imkan verdik".
QOL.az xəbər verir ki, bu sözləri "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qruber Zombor UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi deyib.
20 yaşlı hücumçu "İndex.hu"ya müsahibəsində bildirib ki, ilk görüşdə qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra mərhələ keçmək çətin görünsə də, bunun üçün gücləri var: "Bu, asan vəziyyət deyil, amma oyunu dəyişmək üçün əlimizdən gələni edəcəyik. Hamımız Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyirik. Ötən çərçənbə axşamı kimsə soyunub-geyinmə otağına girsəydi, necə qəzəbli olduğumuzu görərdi. Çünki rəqib bizi şoka salmışdı. "Qarabağ"ı məğlub etmək üçün kifayət qədər gücə qadir olduğumuzu hiss edirik. Amma bunun üçün şanslarımızdan daha yaxşı istifadə etməliyik".
Qruber onu da bildirib ki, komandada heç kim Avropa Liqası haqda düşünmür: "Öz komandamın oyunundan əvvəl Çempionlar Liqasının himnini dinləyə bilmək mənim üçün bir xəyal idi. Hamımız bunu payızda meydanda ən azı daha 8 dəfə eşitmək istəyirik. 8 məğlubiyyət alacağımızı əvvəlcədən bilsəydim, yenə də Çempionlar Liqasında iştirak etməyi seçərdim. Nə qədər ki, daha böyük məqsədə çatmaq şansımız var, diqqətimizi başqa bir şeyə yönəltmək niyyətimiz yoxdur".
Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiiriləcək cavab görüşü saat 20:45-də başlayacaq.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər