"Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. İstəklidirlər, döyüşkəndirlər. Buna görə də sabah ola bilər ki, çox güc sərf edək".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gədlikləri rəqiblə görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq. Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk görüşün nəticəsinə görə, qalib gəlməyə qadirdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik.
"Şkendiya" FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, Amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənlikləri və xarakterləri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Sabah çox mobil komanda olmalıyıq, bərk durmağı bacarmalıyıq".
Q.Qurbanov Kadi Borgesin ilk matçdakı intizamsız oyununun, qeyri-peşəkar davranışlarının səbəbi nədir?" sualına da cavab verib: "Bəlkə də daha ağır sözlər işlətdiniz. Həm intizamsız, həm qeyri-peşəkar...Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiniz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var".
Baş məşqçi Emmanuel Addainin son vaxtlar qeyri-stabil rejimdə olması, qidasına fikir verməməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Onu yeməklə bağlı kiçik cərimələr də etmişik (gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qaydasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir".
Q.Qurbanov Moskva "Spartak"ı ilə adının hallanmasına isə qısa cavab verib: "Xeyr, təklif olmayıb".
Q.Qurbanov klub prezidenti Tahir Gözəlin hücum xəttinin gücləndiriləcəyi ilə bağlı açıqlaması və Andre Klovisin mümkün transferi ilə bağlı da aydınlıq gətirib: "Çox futbolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısına baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk, doğru olmaz. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur. Transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itiririk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislə bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeylər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindirmək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldonu nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamalıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın.
Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik".
Q.Qurbanov sabiq futbolçusu Muarem Muaremlə Şimali Makedoniyadakı görüşü ilə bağlı da danışıb: "Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək nə cür hazırlaşırlar".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər