UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda sabah "Qarabağ"la qarşılaşacaq "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri oyunla bağlı danışıb.
QOL.az xəbər verir ki, o, matç üçün təşkil edilən mətbuat konfransında Ağdam klubunun ciddi rəqib olduğunu bildirib:
"Rəqibin adından asılı olmayaraq, əlimizdən gələni etməliyik, ən yaxşı oyunumuzu oynamalıyıq. “Qarabağ” çox keyfiyyətli, son 12 ildə 11 dəfə ölkəsinin çempionu olmuş klubdur. Rəqibin çox təcrübəli baş məşqçisi var. Bizim də öz hesablamalarımız, planlarımız mövcuddur. Rəqibimizə hörmət edirik, amma özümüzə də hörmət etməliyik. Bununla belə, yalnız ən ciddi yanaşma ilə ilk görüşdə sərfəli nəticə əldə edə bilərik. Düşünürəm ki, qalib Bakıdakı cavab oyunda müəyyənləşəcək".
Baş məşqçi ən xırda şanslarından da istifadə edəcəklərini bildirib: "Bizim üçün ən yüksək səviyyədə çıxış etmək çox vacibdir. FCSB ilə ilk matçdan sonra oyundan razı deyildim. Bilirdim ki, irəliləmək üçün daha yaxşı oynamalıyıq. İnanıram ki, şanslarımız çox olacaq. Çox diqqətli olmalı, şansımızdan istifadə etməliyik. Bir az şansımız olsa belə, bu matça hazırıq. Niyə onları məğlub etməyək? Demək istəyirəm ki, "Qarabağ" keyfiyyətli komandadır, amma hər dəfə qalib gələn favoritlər olmur".
J.Beqiri 2-ci mərhələdə mübarizədən kənarlaşdırdıqları FCSB (Rumıniya) ilə "Qarabağ"ı belə müqayisə edib: "Hər rəqibin öz çəkisi var, FCSB daha imkanlı klubdur, amma "Qarabağ"a da çox sərmayə qoyulur. Futbol elə idman növüdür ki, möhkəm dayana bilsək, maksimum mübarizə aparsaq, “Qarabağ”la bu duellərdən qalib kimi çıxa bilərik”.
Qeyd edək ki, sabah keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video