"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"i keçərək mərhələ adlamaqları haqda danışıb.
QOL.az xəbər verir ki, Azərbaycan klubu Yunanıstan təmsilçisi ilə Bakıdakı ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı. Yunanıstanda oynanılan bugünkü cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb. İki matçın cəmində "Araz-Naxçıvan" üstün olaraq 3-cü mərhələyə yüksəlib.
E.Baxşıyev hakim qərarlarından narazı olduğunu ifadə edib: “Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi".
"Aris"in güclü komanda olduğunu vurğulayan mütəxəssis "Araz-Naxçıvan"ın meydanda yaxşı iş gördüyünü söyləyib: “Aris”in oyununu da vurğulamaq lazımdır. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geri dönüşü futbolçularım etdi. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü. Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiniz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”.
Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti mərhələdə "Omoniya" (Kipr) ilə qarşılaşacaq.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi