"Çelye"nin baş məşqçisi Albert Riera Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Düşünürəm ki, ilk oyuna əsasən, bu cütün ən güclü komandası bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox, bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi".
Mütəxəssis fərdi səhvlərdən sonra buraxılan qollardan da danışıb: "Ola bilər ki, hansısa futbolçu fərdi səhvə yol verə bilər. Ulduz futbolçular da bunu edir. Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı düzgün oyunudur. Əsas budur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq".
A.Riera cütün taleyinin həll olunmadığını bildirib: "Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq".
O, növbəti oyunda ola biləcək penaltilər seriyasından da söz açıb: "Biz buna hazırıq. Futbolçularımızı hazırlamışıq. Amma indidən futbolçularımın beyninə bunun baş verəcəyini yeritmək istəmirəm. Olarsa, bunu yerinə yetirəcəyik".
A.Riera qeyd edib ki, Azərbaycanda heç vaxt işləmədiyinə görə, bu ölkənin futbolu haqda danışa bilməz.
Mütəxəssis sonda öz narazılığını bildirib: "Formaların rəngi haqda danışmaq istəyirəm. Hər iki klubun formaları tünd rəngdə idi. Oyunçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma mənim işim deyil ki, hakimə bunu qeyd edim. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdı. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Avstriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər