“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun QOL.az saytına müsahibəsi
- Premyer Liqada Mövsümün son oyununda qalib gəldiniz. “Kəpəz” üzərində qazanılan 4:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çalışırdıq son oyunda qalib gələk, azarkeşlərimizi sevindirək. Üstəlik, ilin əvvəlində “Kəpəz”dən aldığımız 2:5 hesablı məğlubiyyət də motivasiyamızı artırırdı. Yaxşı oyun sərgilədik və böyük hesabla qalib gəldik. Kefimiz yaxşıdır.
- Bütün qollar ilk hissədə vuruldu. İkinci 45 dəqiqədə fərqlənməyinizə nə mane oldu?
- Mövsümün sonudur, yorğunçuluq da sözünü deyir. Bununla belə, yenə də qol vurmaq üçün epizodlarımız oldu. Bir top dirəkdən qayıtdı. Əsas odur ki, öz qapımızdan qol buraxmadıq.
- Mövsümü “Turan Tovuz” üçün necə dəyərləndirirsiniz?
- Kim nə deyir desin, bu il “Turan Tovuz” üçün uğurlu alındı. Son iki mövsümdə komanda 6-cı yeri tutmuşdu. Bu il isə dördüncü oldu. “Qarabağ” kubokun finalında qələbə qazansa, UEFA Konfrans Liqasına yollanacağıq. Odur ki, mövsümü uğurlu sayıram. Əlbəttə, hər komanda istər daha yuxarı pillədə olsun. Biz də 2-ci, yaxud 3-cü yeri tuta bilərdik. Lakin bəzi matçlarda çox pis çıxış etdik.
- Bəs fərdi olaraq mövsüm sizin üçün nə dərəcədə uğurlu alındı?
- 3 ildir buradayam. Meydanda olduğum dəqiqə və statistika baxımından ən yaxşı mövsümü keçirdim. Rəqəmlər mənim üçün ən yaxşı mövsüm olduğunu deyir. Ancaq bununla kifayətlənməyəcəyəm, artırmalıyam.
- Kubokun finalını stadiondan canlı izləmək fikriniz var?
- Xeyr, stadiondan yox, televiziya vasitəsi ilə izləyəcəyəm. Eşitdiyimə görə, azarkeşlərimiz stadiondan “Qarabağ”a dəstək olacaqlar. Bizim üçün çox vacib oyundur. İnşallah, “Qarabağ” qalib gələr.
- Karyeranızı yeni mövsümdə də “Turan Tovuz”da davam etdirəcəksiniz?
- Oturub danışacağıq. “Turan Tovuz”da məni hər şey qane edir. Gələn il komanda daha güclü olacaq. Struktur bnaxımından da inkişaf edirik. Kürdəxanıdakı bazanın çox faydasını görəcəyik. Oradakı məşqlər bizim üçün çox rahat oldu. Bir sözlə, mən komandada qalmaq istəyirəm.
- Legioner liminin ləğvi yerli futbolçuların heyətə düşmək şansını nə dərəcədə çətinləşdirəcək?
- Limitin ləğvinə görə gələn il legionerlərin sayı çox olacaq. Hesab edirəm ki, legioner, yaxud yerli futbolçu, fərq etmir, kim daha güclüdürsə, o da oynayacaq. Limitin ləğvi ancaq legioner meydana çıxacaq, yaxud legionerin hamısı yerlilərdən güclüdürlər demək deyil. Maraqlı çempionat olacaq. Həmişə istəmişəm ki, Premyer Liqamızda komanda sayı artsın.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi