“Bütün tapşırıqları yerinə yetirdik və qələbə qazandıq. Hamını qələbə münasibəti ilə təbrik edirəm”.
QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə milli komandamızın kapitanı Elvin Əlizadə Bakıda keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Sloveniya üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edərkən deyib.
O, qrup mərhələsinin son turunda Mavritaniya ilə matçda da qalib gələcəklərinə inanır: “Mavritaniya yaxşı rəqibdir. Daha cəld, daha sürətli komandadır. Lakin taktiki cəhətdən yaxşı görsənmirlər. İnşallah, həmin matçda da qələbə qazanacağımızı düşünürəm. Biz daha yaxşı hazırlaşmışıq”.
Təcrübəli futbolçu ilk turda Bəhreynlə görüşdəki xal itkisinin səbəbini belə izah edib: “Həmin matçda qazon amili bizi mane oldu. İndi örtük “yatıb”. Slovakiyada da belə olmuşdu. Bu təcrübəni keçmişəm. Artıq ikinci görüşdə qazon amilinin təsiri olmadı və öz oyunumuzu sərgilədik. Açığı, Bəhreyn Sloveniyadan güclü komanda deyil. İkinci görüş də göstərdi ki, ilk turdakı xal itkisi meydan amilinə görə idi”.
E.Əlizadə Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinin dəstəyini də qeyd edib: “Dünya çempionatına yaxşı hazırlaşmışıq. Sloveniyaya qarşı komanda şəklində yaxşı oynadıq. Əzmkarlıq nümayiş etdirdik. Federasiya rəhbərliyinin komanda ilə söhbəti də müsbət təsirini göstərdi. İlk turdakı heç-heçədən sonra bizə dəstək oldular. Azarkeşlərə də təşəkkür edirəm. Onlar bizi artıqlaması ilə dəstəklədilər”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”