“Çox xoşbəxtik ki, belə bir mötəbər yarış bizim ölkəmizdə, Bakı şəhərində keçiriləcək”.
QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.
Bu gündən etibarən Dənizkənarı Bulvar ərazisində mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı “Fan Zona” təşkil olunub. “Fan Zona”da jurnalistlərin suallarını cavablandıran E.Quliyev qeyd edib ki, dünya çempionatında millimizin ilk hədəfi qrupdan çıxmaqdır: “Komandamızın hazırlıq səviyyəsi yüksəkdir. Kollektivdə hər şey qaydasındadır. İlkin hədəfimiz qrupdan çıxmaqdır. Bu, əsas məsələdir. Sonra növbəti hədəflərlə bağlı məsələyə aydınlıq gətirəcəyik. Görəcəyik ki, nə qədər irəliləyə bilərik”.
O, əvvəlki illərlə müqayisədə millidə daha modern kollektivin formalaşdığını vurğulayıb: “Komandada taktiki və texniki tərəfdən dəyişikliklər etmişik. Daha modern bir komanda formalaşdırmışıq. İnanıram ki, meydanda daha yaxşı kollektiv görə biləcəksiniz”.
Millimizin baş məşqçisi azarkeşlərə də səslənib: “Çox istərdik ki, bizə dəstək olsunlar. Dünya çempionatında fanatların dəstəyinə çox ehtiyacımız var”.
E.Quliyev qeyd edib ki, millimizin qrupdakı ilk oyunundan çox şey asılıdır: “Qrupdakı rəqibləri analiz etmişik. İlk oyundan çox şey asılıdır. Həmin matçda yaxşı nəticə qazana bilsək, qrup lideri olmaq şansımız artacaq”.
Xatırladaq ki, millimizin qrupdakı ilk rəqibi Bəhreyn yığmasıdır. Bu qarşılaşma mayın 21-də keçiriləcək. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz, mayın 25-də də Mavritaniya ilə qarşılaşacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video