Ronaldonun komandası çempionluq şansını itirdi

Ronaldonun komandası çempionluq şansını itirdi
DÜNYA FUTBOLU 12 May 2025 / 21:56 2412
-  A +

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

QOL.az xəbər verir ki, 31-ci turda lider "Əl-İttihad" "Əl-Faiha"nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.

Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan "Əl-Nəsr"in liderə çatması mümkünsüz olub.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner