Nigar Rusiyada rəmzi komandaya düşdü

Nigar Rusiyada rəmzi komandaya düşdü
ÖLKƏ FUTBOLU 6 May 2025 / 10:38 2226
-  A +

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Liqasında 8-ci turun rəmzi komandasına düşüb.

QOL.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

"Zenit"də çıxış edən 22 yaşlı müdafiəçi 8-ci turda "Rubin"lə matçdan (2:0) sonra fərqləndirilib.

Qeyd edək ki, "Zenit" ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner