“Azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Çünki onlara qələbə borcumuz var idi. Təəssüf ki, yenə də alınmadı və uduzduq”.
QOL.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ozan Can Kökçü dünən Belarusa qarşı keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı futbolçu 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Belarus millisi bizdən elə də üstün oyun göstərmədi. İlk qol qarışıqlıq zamanı vuruldu. Hesabda geri düşdükdən sonra da qol şanslarımız oldu. Təəssüf ki, hesabı bərabərləşdirmək əvəzinə yenə qapımızda qol gördük. Halbuki daha diqqətli olmaq lazım idi".
Kökçü qeyd edib ki, ardıcıl məğlubiyyətlər komandada mənfi atmosfer yaradır: “Belarusla matça qələbə üçün çıxmışdıq. Son uğursuzluqları unutdurmaq istəyirdik. Təbii ki, yenə də uduzmaq heç kimə xoş deyil. Belədə komanda daxilində atmosfer də ürəkaçan olmur”.
O, DÇ-2026-nın seçmə mərhələsinə qədər vəziyyətin dəyişəcəyinə inanır: “Təslim olmamalı, sona qədər vuruşmalıyıq. Çünki komanda şəklində bu vəziyyətə düşmüşük və bu vəziyyətdən də birgə çıxmalıyıq. Əlimizdən gələni yox, daha artığını etməliyik. İnanıram ki, bunu bacaracağıq. Bəli, DÇ-2026-nın seçmə mərhələsində rəqiblərimiz bizdən güclüdürlər. Toparlanmaq, ürəklə oynamaq və meydanda can qoymaq lazımdır”.
“Real”a keçə bilər
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi