AFFA-nın təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı uşaq evində yaşayan uşaqlarla Azərbaycan milli komandasının məşqçi və futbolçuları arasında görüş təşkil olunub.
QOL.az xəbər verir ki, görüşdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, 3 saylı uşaq evinin rəhbəri Günay Manafova, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Sevinc Əmirova uşaqları salamlayıblar.
Bu görüşdə məqsəd uşaqların sosial inkişafına dəstək vermək və onlara motivasiya aşılayaraq, idmanın əhəmiyyətini vurğulamaq olub. Məşqçilər və futbolçular uşaqlarla birlikdə vaxt keçirərək, onlara futbol barəsində məlumat verib, idmanın faydaları haqqında söhbət aparıblar. Uşaqlara həmçinin idmanla məşğul olmağı və sağlam həyat tərzini mənimsəməyi tövsiyə ediblər.
Tədbirin sonunda AFFA tərəfindən uşaq evində yaşayan uşaqlara bayram hədiyyələri verilib, uşaq evinin rəhbərliyi adından isə xatirə hədiyyəsi Sərxan Hacıyevə təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
Yuxarı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək