"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə qazandınız, amma komanda narahat görünürdü...
- Narahatlığın səbəbi birinci hissənin sonunda uzaqdan buraxılan qol və bu oyunun üzərində çox durmağımız oldu. İstəyiedik ki, bu görüşdə qalib gələk və fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanaq. Bu, həm bizim məşqlərimizə yaxşı təsir olar, həm də milliyə gedənlər yaxşı halda gedərlər. Narahatlıq onunla bağlı idi ki, ikinci qolu buraxmaq istəmirdilər. Amma bunu anlamadım. Əslində oyunçularım öz oyunlarına davam etsəydilər, əlavə qol vura bilərdilər. Birinci hissədə yaxşı oyun göstərdik, yaxşı hücumlara çıxırdıq, haqlı olaraq da 2 qollu üstünlük əldə etdik. İkinci hissədə isə sanki oyunun gedişatı dəyişdi. Artıq mübarizə aparmalı, sözün əsl mənasında döyüşməli idik. Nə qədər tənqid etsək ki, niyə müdafiədə oynadılar futbolçularım, amma bir neçə təklükəli anlardan üzüağ çıxdılar. Sağ olsunlar ki, mübarizəni sona qədər apardılar. Çempionatdan qopmamaq üçün vacib 3 xal idi.
- Millilərin oyunları ilə əlaqədar fasilə sizin xeyrinizə olacaq?
- Hər tərəfdən baxmaq lazımdır. Nəzərə alsaq ki, Emin Mahmudov, Azər Əliyev və digər uzun müddət zədəli olan oyunçularımız var, bu baxımdan bizim üçün fasilə əlverişlidir. Amma digər tərəfdən, məncə, heç bir komanda bu qədər fasilənin tərəfdarı deyil. Sanki oyun tempinə uyğunlaşırsan, sonra isə fasilə olur. Qayıtdıqdan sonra bütün komandaların oyunları aşağı tempdə gedir. Ona görə bunun mənfi tərəfləri var. Amma bu, neçə illər baş verən prosesdir, edəcək bir şey yoxdur. Artıq biz məşqçilər və futbolçular öyrəşmişik. Fasilədən sonra "Araz-Naxçıvan"la oyunumuz var, buna köklənmək asan deyil. Amma bu da bizim işimizdir.
- Avrokuboklara vəsiqə qazana bilməsəniz, istefa verəcəksiniz?
- Sizcə, verməliyəm? Bəs nəzərə alsaq ki, komandanı götürəndə komandanın 5 xalı var idi və 9 oyun ərzində qələbəsi yox idi?
- Siz bu vəzifəyə gələndə hansı yükün altına girdiyinizi bilirdiniz...
- Mənimlə o yük haqqında danışılanda yanımda idiniz? Əlbəttə ki, avrokuboklara çıxmasaq klub üçün bu, uğursuz olacaq. Amma siz verilişlərdə deyirsiniz ki, məşqçilər bu qədər dəyişilməməlidir, fərqi yoxdur kim, bir məşqçi uzun müddət qalmalıdır klubda, amma indi belə deyirsiniz. Komandanı pis vəziyyətdə götürmüşəm və fikirləşirəm, nəticələrimiz və oyunumuz artıq pis deyil. Kubokda yarımfinaldayıq, çempionatda da riyazi şanslarımız var. Heç qələbəsi olmayan komanda artıq qələbələr qazanır. Bu, istefaya səbəbdir? Əminəm ki, sizin dediklərinizin arxasında nələrsə gizlənir. Yəni qələbə qazananda "bu məşqçi digər məşqçi ilə necə görüşdü?" müzakirə olunursa, çox şeylər gizlənir. Biz əsas öz işimizi görürük və rahatıq. Öz işimizə canla-başla yanaşırıq və "Neftçi"yə xeyir vermək üçün çalışırıq. Bir sual verəndə qorxun ki, o sualdan sonra nələr yazılacaq, nə cür rəylər bildirilcək. Niyə qaşınmayan yerdən qan çıxarmağa çalışırsınız? Məqsədiniz nədir? Çempionatın bitməsinə hələ var, bilinmir nələr olacaq. Mənim rəhbərliklə etdiyim söhbətləri və qabağıma qoyduğum məqsədləri bilmirsiniz. Sırf mənim getməyimi istəyirsiniz?
- "Neftçi"də hazırda yüksək məbləğə gətirilən oyunçular var. Növbəti mövsümdə həmin futbolçularla məqsədə çatmaq olar?
- Yeni mövsümdə nə olacaqsa, onu həmin mövsümdə danışacağıq. Hesab edirəm ki, indi hansısa futbolçuların adları haqda ayrıca danışmaq yersizdir. Ən azından bilirik ki, mövsümün sonuna kimi bu futbolçularla davam etməliyik. Kimdənsə xeyir ala bilmirsənsə, onun üstün olan yönlərindən xeyir almalısan. Oyunçunun başını doldurmalısan ki, vuruşmalıdır. Ən azı nəticəni belə qazanmaq olar. Bizdən yuxarıda olan komandaların da arasında sırf vuruşmaqla nəticə qazananlar var. Ona görə indi hansısa futbolçunun yetərli və ya yetərsiz olması haqda danışmaq düzgün deyil. Biz gələndə onsuz da bilirdik, bu futbolçularla davam edəcəyik. Dediyim kimi, bəzi mövqelərdə mən istədiyim tərzdə oyunçuların olması vacibdir. Bu, adlarla bağlı deyil.
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"