"Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdır. Top digər oyunçuya də dəydi, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum "Sabah"ın, bir hücum "Zirə"nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də, ədalətli nəticə heç-heçə idi.
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda "Sabah"la görüşdən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiniz. İndi çempionatda fasilə yaranır. Bu fasilə sizə necə təsir edəcək?
- Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdür. Ən vacib mərhələ bizi gözləyir.
- İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiniz?
- İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.
- Salifu Sumanın adı son zamanlar çox klublara hallanır. Bunun onun performansına təsiri var?
- Bu günə qədər ona təsir etmirdi. Amma bugünkü oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, "Sabah" Sumaya qarşı müəyyən tədbirlər görmüşdü. Onun reydlərinin qarşısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudur. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər.
- Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədir?
- Yaxşı fürsətdir məşqçi üçün. Burada nəticə o qədər də önəmli deyil. Rəsmi oyunlar öncəsi futbolçuları sınaqdan keçirmək üçün yaxşı fürsət olacaq. Allah qoysa, bu müddət ərzində millimiz səmərəli və faydalı period keçirəcək.
- Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağlı fikriniz necədir?
- Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də, məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir. (sportal.az)
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"