"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
- Oyuna yaxşı başlamışdıq. Görsənirdi, nə etmək istəyirik. Oyundan əvvəlki fikirlərimizi meydana qoya bilirdik. Bəlkə də, siz bunu sezə bilmədiniz. Amma əsas odur ki, biz istədiklərimizi bütün futbolçular yerinə yetirirdi. Top ötürmələr və açılmalarda dinamika və sürət var idi. Onsuz da rəqibin oyun bəllidir. Çox adamla, demək olar ki, bütün komanda ilə müdafiə olunurlar. Bu da bizim üçün müdafiəni yarmağa çətinlik yaradırdı. Birinci hissədə iki dənə real fürsətimiz oldu. Bu da yaxşı məqam idi. İkinci hissədə hücumda daha da aktivləşdik. Onsuz da istəkli idik, amma hücuma daha ürəkli getməyə başladıq. Sonra isə qolda əvəzetmələrin təsiri oldu. Suala aid olaraq deyərdim ki, onsuz da oyuna hazırlaşanda 11 nəfərə hazırlaşırsan, 10 nəfərə yox. Amma biləndə ki, rəqib hər iki halda eyni oyun tərzini göstərir, plan üzrə də davam etdik.
- Komandanın çempionatdakı qeyri-sabit zolağı bitmir. Demək olar ki, bütün üstünlüyü kuboka verəcəksiniz və ya artıq vermişiniz?
- Onsuz da mən bura gələndən kuboku çıxış yolu kimi görürdük. Düşünürəm, hamı anlayırdı ki, 5 xalla çempionata girmək və bunun davamını gətirmək təzə məşqçi və komanda üçün bir az çətin olacaq. Amma çempionatdan əsla qorxmamışıq. Kuboka da, çempionat oyunlarına da köklənirik. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bu gün oyunçularımdan razı qaldım və belə davam etmək istəyirik.
- Ötən matçdan sonra Ağadadaş Salyanskini, bəlkə də, haqlı olaraq tənqid etdiniz. Amma bu oyun əsas heyətdə çıxdı. Bunu onun qəlbinə dəyməmək üçün etdiniz?
- Yox, əsla belə düşünmədim. Kiminsə qəlbinə nəsə dəyəcək, ya dəyməyəcək yöndə işləmirik. Futbolçunu tənqid edirik, onunla danışırıq. Onsuz da özünüz bilirsiniz ki, bu, mənim üçün birinci dəfə deyil. Mənim iş prinsipimdir və mənim işimdə bu cür şeylər olur. Xoş hal odur ki, o açıqlamadan sonra Ağadadaşın vəkilləri çoxaldı və üzə çıxdı. Bu, çox xoşdur. Təki belə olsun, təki azərbaycanlı futbolçunu bu cür qorusunlar. Bu, bizim üçün xoşdur. Ötən səfər tənqid etdiyimiz üçün bu səfər əsas heyətdə çıxmayacaq deyə, bir şey deməmişdik. Əsas odur ki, futbolçu bu tənqid və iradlardan nəticə çıxarsın. Düşünürəm, Ağadadaş bu gün çox hərəkətli idi və düşünürəm ki, o, bundan sonra daha da yaxşı olmalıdır. Ağadadaş və əvəzedici komandamızdan gələn digər oyunçular da bilməlidilər ki, bu, bir şansdır. Ən azından yerli baş məşqçinin burda olması onlar üçün şansdır. Baxmayaraq ki, legionerlər və daha yüksək maaş alan futbolçular var, bizdən öncə aşağı-yuxarı 9 dəqiqə oynayan Ağadadaşa şans veririk. Ağadadaş və digərləri də bu şansı "cavanam, akademiyadan gəlmişəm" deyə, dəyərləndirməli deyillər. Bu gün hücumçu olaraq heyətə buraxılırsa, bunu meydanda göstərməlidir. Həm məşqlərdə, həm oyunda hər şeyi etməlidir. Təkcə Ağadadaş yox, bütün gənc oyunçularımızdan istəyimiz budur. Baxmayaraq ki, tənqid edirik və irad bildiririk, həmişə şans qazanacaqlar.
- Hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"a qalib gəlmək gücündə deyil?
- Epizodlara girmək üzərində işləyirsən. Məsələn, dayaq yarımmüdafiəçi, cinah müdafiəçilərinə bununla bağlı tapşırıqlar verirsən. Amma sonda elə fürsət gəlib çıxır ki, artıq orada sən qərar verməlisən. Çünki o fürsətləri əvvəlcədən görə bilmərsən. Sənin kreativliyin üzə çıxır. Əsasən də 10 nəfərə qarşı oynayanda. Yenə də deyirəm, 10 və ya 11 nəfərlə olsa da, bu komanda eyni cür oynayır. Bəlkə də, 11 nəfərə qarşı da eyni vəziyyət olacaqdı. Ola bilər ki, bir-iki epizod onların xeyirinə olardı. "Neftçi"nin və ya digər komandanın oyunçusu olmaq fərq etmir. Bu cür vəziyyətlərdə verdiyin qərarlar böyük rol oynayır. Siz rəqibin 10 nəfərlə qalmasını bayraq tutursunuzsa, rəqib heç-heçə qolunu çempionatda bir çox qolunu vurduğu kimi - standart vəziyyətdən vurdu. Amma ümumi oyuna baxanda, qələbə qazanmaq üçün hər şey etdik. Bundan artıq epizodlarımızı yaratmaq istəyirsinizsə, bu həmin dəqiqə olan bir şey deyil. Bunun üçün həm mən ətraflı danışıb, başa salmaıyam, həm də siz oyunlara daha da ətraflı baxmalısınız.
- Dembo Darbonun zədəsi xronikidir?
- Mən bilmirəm, o biri klublarında bu cür şeylər olub, ya yox. Amma burada, əsas da qış fasiləsindən sonra uzunmüddətli reabilitasiya keçir. Eşitdiyimə görə, buna səbəb əvvəlki oyunları zədəli halda oynaması olub. Bu gün Darbo tam olaraq hazır deyil. Sadəcə bu gün ehtiyatda ona görə var idi ki, yer boş idi. Amma o, çıxıb tam gücü ilə oynayanda zədəsi hiss olunur və optimal durumdan uzaqdır. Bəlkə, millilər üçün fasilədən sonra düzələr.
- Emin Mahmudov da zədə səbəbindən bu oyunu buraxdı?
- Bəli. Onun zədəsi ağır deyil, amma "Səbail"lə də matçı buraxacaq. Ondan sonra millilər fasiləsində müalicəsini keçəcək. Ondan sonra, inşallah, hazır olacaq. Mahmudov kimi yaşlı futbolçularda bu proses uzun çəkir. O, həm də sona kimi qaçan və işləyən futbolçudur. Gücünü qorumayan futbolçudur. Ona görə də bunun uzun çəkməsi normaldır.
- Sizin futbolçu karyeranız hələ də yadımızdadır. Sizdə olan savaşqanlıq hazırkı "Neftçi"də yoxdur. Komanda tez təslim olur. Amma siz futbolçu olanda böyük hesabla uduzanda belə, təslim olmurdunuz...
- Deməzdim ki, komanda təslim oldu. Sadəcə bu qol bizi üzdü. Bu cür oyundan belə müsbət məqamları çıxarmağa çalışırıq. Vuruşmaq da vaxtla gələcək. Bəzi futbolçular məşqçinin istəyini öz üzərilərinə götürəcəklər. Mən elə idim deyə, bütün futbolçular belə olmalı deyil. Kiminsə içində yoxdursa, bunu dəyişmək çətindir. Hər insanın öz xasiyyəti var. Açığı bu cür problemlər görmürəm. Bilmirəm bu sual haradan yarandı. "Zirə" üzərində sona qədər vuruşduq, necə təslim ola bilərik? Amma yeni qurulan komandalarda "Kəpəz"lə matçda olan kimi məqamlar olur. Bilmirəm, nə ilə bağlıdır. Pis oyunlar olur. Bir oyuna görə bir fikir formalaşmalı deyil. Düşünürəm ki, son vaxtlar komandam axıra kimi döyüşür. Mən digər mətbuat konfranslarına baxıram. Çox maraqlıdır ki, bu suallar ancaq "Neftçi"yə verilir. 90+4-cü dəqiqədə heç-heçə oldusa, o demək deyil ki, xarakterimiz yoxdur. Yaxşı da xarakterimiz var. Daha yaxşı olacağıq.
- "Neftçi"dən gözləntilər yüksəkdir...
- Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. İnsanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. "Neftçi"nin ətrafında neqativ axtarmağa çalışırsınızsa, bunun sonu yoxdur. Pis tərəflərdən danışırsınızsa, yaxşı tərəflər də var, onu danışın. Yoxsa bunun sonu olmayacaq. Bu gün komandamdan niyə narazı olum? Hər şey etdilər. Bilirəm ki, rəqibin oyun üslubu bizə çətinlik yaradır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı