"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 26-cı turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
- Çətin vəziyyətdə idik. Uşaqlar oyunun vacibliyini dərk edirdilər. Gözəl oyun və qələbəyə görə komandamı təbrik edirəm. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Ona uğurlar arzulayıram. İnanıram ki, "Kəpəz" bu mövsüm istədiyi nəticəni əldə edəcək.
- Son bir həftədə nəyisə dəyişdiniz?
- Az danışmağa başladım.
- İstefa təhlükəsini üzərinizdən atdınız?
- Mən gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürdüyüm zaman da gənc idim. Bir məşqçi olaraq bu situasiyaya düşməlisən. İnanıram ki, məndə o güc var. Öz üzərimdə çalışıram. Məğlubiyyətlərə baxmayaraq, komandada birlik və bərabərlik var idi. Bu gün qalib gəldik. Başımızı aşağı salıb növbəti matçlara hazırlaşacağıq.
- Son bir həftədə futbol ictimaiyyəti sizi istefaya hazırlamışdı. Özünüzü oyuna necə köklədiniz?
- Məşqçi işi elədir ki, hər an hər şeyə hazır olmalısan. İkincisi, səndə inam olmalıdır. Rəhbərliyin və komandanın mənə inamı oldu. Siz də bunu dərk etməlisiniz ki, mən gənc məşqçiyəm. Bir baş məşqçi kimi belə vəziyyətlərə düşməyi də, qalxmağı da bilməlisən. Az danışıb çox iş görməyə gəlmişəm. Mən həmişə mətbuata açıq olmuşam. Siz sual verirsiniz, mən də cavab verirəm. Komandanın yaxşı nəticələr qazanması üçün gecə-gündüz çalışıram. 10 oyundur qol vura bilməmək, təzyiqlərə dözmək ancaq güclü insanların xarakterində olan şeydir.
- Yeni futbolçular komandaya adaptasiya olub?
- Həmişə deyirdim ki, Ronaldoya vaxt lazımdır. Yavaş-yavaş formasını yığır. Həmçinin, Bobir. Momo Yansanedə zədə oldu. Onda proses bir az gec gedir. Vaxt lazımdır. İnanıram ki, hər biri növbəti oyunlarda bizə kömək edəcək. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı