"Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir. Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və xallarımızın sayını artıraq.
- Demək olar ki, Premyer Liqada qalmaq uğrunda mübarizə "Səbail" və "Sumqayıt" arasında gedəcək? Çünki hər iki komanda qalib gələ bilmir...
- Bu haqda danışmaq hələ tezdir. Düzdür, "Şamaxı" qalib gəlib. Sabah "Kəpəz" "Sumqayıt"la oynayacaq. Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın və ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq.
- Oyunun favoriti "Zirə" idi. Amma 90+6-cı dəqiqədə qol buraxmaq başqa cür təsir edir?
- Əlbəttə. 70-ci dəqiqədən sonra "Zirə" kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir.
- Qırmızı vərəqə epizodu haqda nə deyəcəksiniz?
- Sözün açığı epizoda baxmadım. Görməmişəm. Alluş bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə vəziyyətdə qoymaq olmaz.
- Qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaqsınız...
- "Neftçi" yaxşı komandadır. Bizim üçün artıq rəqibin adı önəmli deyil. Əsas xallar lazımdır.
- Üçüncü dövrəyə yaxşı başlamışdınız. Sonra nə baş verdi?
- Bu, normaldır, gözləyirdik. Zədəli futbolçularımız çoxdur. Bəzi oyunlarda müəyyən gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrədə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq.
- Az transfer etdiniz. Rəhbərlik pul ayırmadı, yoxsa siz bəyənmədiniz oyunçuları?
- Bu suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı