Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 7 Mart 2025 / 09:58 1730
-  A +

Avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, siyahıda müəyyən dəyişikliklər olub ki, bu da Azərbaycanın mövqeyinə təsir edib.

Sloveniya 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib və Bolqarıstanla Azərbaycanı geridə qoyub. 

UEFA-nın saytında açıqlanan reytinqdə Azərbaycan 1 pillə geriləyərək 29-cu pilləyə düşüb. Hazırda ölkəmizin 19,625, ondan 1 pillə öndə olan Bolqarıstanın isə 19.875 xalı var. 

Azərbaycan bu mövsüm 2,875 xal qazanıb. 

Qeyd edək ki, reytinq cədvəlinə 107.910 xalla İngiltərə başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner