“Neftçi”də idarəçilər kimlərdir, bilinmir. Bilmirəm, bəlkə də yaxşı idarə edirlər, amma alınmır. Çox yaxşıdır ki, “Neftçi” yerli mütəxəssislə çalışır. Son illər çox əcnəbi məşqçilər gəldi, getdi. Bu şəkildə nə komanda qurmaq olar? Heç bir şey. Samir Abasova şərait yaratmaq və vaxt vermək lazımdır”.
Bu sözləri Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov Misli Premyer Liqasının 25-ci turunda “Neftçi”nin “Kəpəz”ə məğlubiyyətini (0:1) şərh edərkən deyib.
QOL.az saytına danışan təcrübəli mütəxəssis deyib ki, onun bildiyinə görə, “Neftçi”də transfer işlərinə baş məşqçi qarışmır, bu işlə klubda bir qrup məşğuldur. Amma onlar baş məşqçi ilə sıx əlaqədə olmalıdırlar.
A.Mircavadov “Neftçi”yə gətirilən legionerlərin səviyyəsindən də gileylənib: “Sizə bir nümunə göstərəcəm. “Neftçi”də Yeqor Boqomolski adında futbolçu var. Demək olar ki, meydanda ancaq hərəkət edirdi. Məşqçilər isə onu harda gəldi oynadırdılar. Amma heç yerdə oyunu alınmırdı. “Neftçi”nin əksər legioneri belədir. Bir də komanda daxilində yaxşı ab-havanın olması vacibdir ki, bunu da məşqçilər korpusu düzəltməlidir. Kənardan heç bir müdaxilə olmamalıdır”.
A.Mircavadov “Neftçi”nin “Kəpəz”ə qarşə dünənki oyununu isə biabırçılıq adlandırıb: “Neftçi” üçün ürəyim ağrıyır. Çünki o klubda böyümüşəm, oynamışam, işləmişəm. Komandanın dünənki oyunu biabırçılıq idi. Bu haqda heç danışmaq istəmirəm. Danışmaqla da düzələn deyil. Dünən “Kəpəz” futbolçuları daha istəkli idi. Ona görə də qalib gəldilər. Adam bilmir ki, “Neftçi” haqda nə danışsın. İndi ümidləri təkcə kuboka qalıb. Kubokda da yaxşı nəticə üçün Premyer Liqada normal çıxış etməlisən. Durum çox acınacaqlıdır. Avrokuboklara da çıxsalar, onlar üçün həddindən artıq ağır olacaq. Söhbət “Kəpəz”ə məğlubiyyətdən getmir. Oyun sistemini inkişaf etdirməlidirlər. Samir Abasovun əlində hələ ki, elə futbolçu yoxdur ki, lazım olanda oyunu dəyişsin. Legionerlər komandada “açıla” bilmir. Maraqlı olan budur. Bunun cavabını tapmaq lazımdır”.
“Neftçi”nin baş məşqçisi Samir Abasov “Kəpəz”lə oyundan sonra mətbuat konfransında komandanın gənc hücumçusu Ağadadaş Salyanskininin oyununu tənqid edib. “Birinci hissədən sonra soyunub-geyinmə otağında dedim ki, Ağa, elə et, hiss etsinlər ki, sən də bizim hücumçumuzsan” – deyə baş məşqçi bildirib.
A.Mircavadov gənc futbolçunu bu formada tənqid etməyin düzgün olmadığını bildirib:
“Ola bilər ki, Samir hirslənib, amma hər bir oyunçunu qorumaq lazımdır. Əgər komanda bir ailədirsə, bütün baş verənlər orda da qalmalıdır. Əsasən də gənc oyunçuları qorumaq lazımdır. Çünki o oyunçular bizə lazımdır. Ağadadaşı yaxşı tanıyıram. U-21 millisinin heyətində çox səfərlərdə olmuşuq. Normal futbolçudur, istəyi həddindər artıqdır, keyfiyyəti də var. Bizdə son illərdə Ağadadaş kimi ucaboy mərkəz hücumçusu olmayıb. Ən asası da odur ki, Ağadadaş “Neftçi”nin akademiyasından gəlib. Hər bir məşqçinin oyunçuya yanaşması fərqlidir. Mənim Samirin işinə qarışmaq fikrim yoxdur. Amma mən bu barədə fərqli düşünürəm”.
Ramiq Ağaməmmədov
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı