"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Məğlubiyyətin səbəbi nə idi?
- Qol buraxdıq və vura bilmədik. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hücumçularımız "dişsiz"dirlər. Həmin epizodlarda baş çıxara bilmədilər. Əsas da Ağadadaş. Bu səbəbdən də uduzduq.
- Növbəti matç "Turan Tovuz"ladır. Bu iki matç turnir cədvəlində "Sabah"a çatmaq üçün motivasiya deyil idi?
Bizim üçün motivasiya qələbə qazanmaqdır. Hər oyuna qələbə üçün çıxmaq. Bu gün də oyuna yaxşı başlamışdıq. Epizodlara girirdik, fürsətlər yaradırdıq. Amma bəlli məsələ və son məqamlarda verdiyimiz qərarlarda axsayırıq. Bəzi oyunlarda bunu həyata keçirə bilirik. Amma bu cür bir qol vurub, sonra digər epizodları daha rahat yaratmalı olduğun oyunda etmirik. Nəticədə də stressli vəziyyətə gətirib çıxarırıq. Turnir cədvəlində irəliləmək üçün bütün oyunlar önəmlidir. Bu oyunu uduzduq və bunu təhlil edib, dərs çıxaracağıq.
- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
- O qolun haradan başlayıb, necə olduğuna baxmaq lazımdır. Bilmirəm, həmin epizodu düz xatırlayıram, ya yox. Orada yaxşı şans Ağada idi, başla vura bilərdi. Başını çəkdi və bu da suallar doğurur ki, niyə belə bir şey edib. Yenə də deyirəm, həmin epizoda baxandan sonra nəyisə deyə biləcəyəm. Ondan sonra da qapımızda qol gördük. Həmin anın ardıdır mı buraxdımığız qol, hazırda tam xatırlaya bilmirəm. Ona görə də ümumi qolu şərh edə bilmirəm.
- "Neftçi" çox zaman sadə qollar buraxır. "Neftçi"nin ötən il turnir cədvəlində 5-ci yer tutduğu dövrdə olan müdafiəçilər indi də var. Düşünmürsünüz ki, daha yaxşı müdafiəçilər lazımdır?
- Ümumiyyətlə, bütün mövqelərdə mən istədiyim futbolçulara ehtiyac var. Tipaj olaraq. Sadəcə mən də anlayıram ki, həmin mövzudan danışmaq həm gecdir, həm də yersiz. Əksinə son oyunlarda çox qol buraxmamışıq. Bəzi oyunlardan qol buraxmadan çıxmışıq. Bəzi oyunlarda təkbətək etdiyimiz səhvləri kollektiv olaraq sığortalamışdıq. Ümumən müdafiədən yox, hücumdan danışmaq istəyirəm ki, belə oynamaq olmaz. Əsas da Ağadadaşdan birinci hissədə çox narazı qaldım. Bu futbolçular, əsas da bizim akademiyadan çıxan gənc oyunçular anlamalıdılar ki, nə qədər azarkeşlər sənə dəstək versələrdə, bu cür hallarla özün haqda olan rəyi də vurursan yerə. Daha "diş"li olmalıdırlar. Misal üçün, rəqibin hücumunda Paçu var idi, bu görsənirdi. Aqressiv idi, yapışırdı adamdan. Ağa haqqında mən bunu deyə bilmirəm. Birinci hissədən sonra soyunub-geyinmə otağında dedim ki, Ağa, elə et, hiss etsinlər ki, sən də bizim hücumçumuzsan. Bu gün mən bir oyunçunun üstünə düşmürəm. Belə bir söhbət gedə bilməz. Sadəcə problemin nədən qaynaqlandığını deyirəm. Oyunun əvvəllərində bir neçə kombinasiyalı epizodlara girdik. Bunu boşa vermək, topu saxlayanda rahatlıqla itirmək ki, mən gəncəm və akademiyanın uşağıyam - belə bir şeylər olmayacaq. Bütün futbolçular bunları düzəltməlidirlər. Görəcəyimiz işlər, həqiqətən də, çoxdur. Əsas da biz bu oyundan nəticə çıxarmalıyıq. Futbolçular da bunu etməlidilər ki, sonra gec olmasın.
- Yuri Matias Braziliya mətbuatına müsahibəsində ailə problemlərindən danışmışdı. Son matçlarda da bəsit səhvlərə yol verir. Sanki əvvəlki Matias deyil...
- Məndən qabaqkı Matiası nəzərdə tutursunuzsa, mən onu tanımırdım, rəqib kimi görürdüm. Verdiyi həmin müsahibədə, bəlkə də, ümumi həyatından, ailəsindən danışıb. Əslində digər futbolçuların Matias kimi olmasını istərdim. Çünki mən heç vaxt görməmişəm ki, onun ailəsinin durumu məşqlərdə və ya oyunlarda ona təsir etsin. Səhvləri qırağa qoyuram. Həmişəki Matiasdır, aqressivdir, qələbə qazanmaq istəyi yüksək səviyyədədir. Bu da digər futbolçular üçün nümunə alacaq bir şeydir. O müsahibədən xəbərim var, amma onu verməsəydi də Matiasın ailə vəziyyətindən xəbərimiz var idi. Biz onun etdiyi səhvləri qırağa qoysaq, fikri ailəsi, uşaqları ilə olsa da bu cür oynamasına görə Matiasa təşəkkür düşür.
- Ötən matçdan sonra hakimliyi dəyərləndirdiniz və aldığınız qırmızı vərəqə haqda danışdınız. İntizam Komitəsinin qərarına əsasən, Sambu kubokun yarımfinalını ümumiyyətlə buraxacaq. Düşünmürsünüz ki, sözləriniz bu qərara təsir etdi. Hakimliklə bağlı danışdığınıza görə, sizi cəzalandırmalı idilər, amma klubu cəzalandırdılar...
- Məni niyə cəzalandırmalı idilər? Cəza alacaq nə danışdıq ki? VAR sisteminin ümumiyyətlə futboldan ləğv olunmasının lazımlığını demişdim. Bu, şəxsi fikrimdir. Mən ən çox "Goal Line" texnologiyasının tərəfdarıyam. İnsanlar əziyyət çəkir, qol vurur, amma sayılmır. Lakin VAR-ın ləğv olunmasını istəmişəm, bu da İsveç və digər ölkələrdə artıq ləğv olunub, səhv etmirəmsə. İstəmirəm ki, ümumi futbolda VAR olsun. Şəxsi fikrimdir. Futbolun bu qədər texnologiyalara bağlı bir şey olmasını istəmirəm. Fikir bildirmək cəza almaq deməkdir? Azərbaycanda da VAR-ı istəmirəm. Buna da cəza verilməlidir? Əksinə düşünürdüm ki, "Neftçi"nin baş məşqçisi bu məsələyə haqlı olaraq toxunursa və ajiotaj yaradırsa, özləri baxıb cəzanı bir oyuna endirəcəklər. Mən hələ də düşünürəm ki, orada sarı yetərli idi. Bu, mənim fikrimdir. Amma hərhalda Sambu olsa da, olmasa da vəziyyətdən çıxacağıq. Sırf mənim dediyimə görə cəzanı 2 oyun edirlərsə, bunun axırı hara gedib çıxacaq? İntizam Komitəsinin məninlə qərəzi var ki?
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı