Azərbaycanlı FİFA referisinə yüksək təyinat

Azərbaycanlı FİFA referisinə yüksək təyinat
ÖLKƏ FUTBOLU 5 Mart 2025 / 15:07 3240
-  A +

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. 

E.Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

1-ci kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.


Son xəbərlər
16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner