Azərbaycanlı FİFA referiləri Türkiyənin oyununda

Azərbaycanlı FİFA referiləri Türkiyənin oyununda
ÖLKƏ FUTBOLU 5 Mart 2025 / 14:45 1182
-  A +

Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Hakimlərimiz Avro-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Daha çox


Son xəbərlər