Azərbaycan millisi tarixində ilk dəfə Sumqayıtda oyuna çıxacaq.
QOL.az xəbər verir ki, martın 22-də “Mehdi Hüseynzadə”də Haiti ilə qarşılaşacaq millimiz indiyədək bu şəhərdə oyun keçirməyib.
Uzaq Karib hövzəsinin kiçik ada dövlətinin komandası ilə gözlənilən qarşılaşmaya sosial şəbəkələrdə münasibət birmənalı deyil. Hətta rəqibə iztehza ilə yanaşanlar da var.
Haiti adı onlara futbolla bağlı nəsə deməyə bilər. Amma gerçəklik ondadır ki, rəqibimiz FİFA reytinqində Azərbaycandan nə az, nə çox, düz 31 pillə irəlidədir. Azərbaycan bu siyahıda 117-cidirsə, Haiti 86-cı yerdədir.
Bundan başqa, adları populyar olmasa da, Haiti millisinin demək olar ki, bütün üzvləri legioner həyatı yaşayır. Bizdən fərqli olaraq onların arasında Fransa, Danimarka, Yunanıstan, Türkiyə çempionatlarında oynayanlar da var. Təbii ki, bunlar bizim millimizlə müqayisəolunmaz göstəricilərdir.
Haiti millisinin son 2 ildə keçirdiyi oyunlara nəzər salaq.
Haiti – Puerto Riko – 3:0
Sent Marten – Haiti – 0:8
Haiti – Aruba – 5:3
Aruba – Haiti – 1:3
Haiti – Sent Marten – 6:0
Puerto Riko – Haiti – 1:4
Barbados – Haiti – 1:3
Haiti – Sent Lusiya – 2:1
Haiti – Yamayka – 2:3
Surinam – Haiti – 1:1
Göründüyü kimi, komanda son 10 oyunun yalnız birində uduzub. Bu məğlubiyyət 2 il əvvəl Yamayka ilə görüşdə olub.
İndi deyin görək bəs bizim millimiz son 2 ildə neyləyib, hansı nəticələri göstərib?
Sonda onu da qeyd etmək yerinə düşər ki, əvvəlki illərdən fərqli olaraq, indi rəqib seçimi nisbətən normal aparılır. Əvvəllər bir çox halda FİFA reytinqində bizdən xeyli geridə olan komandalar rəqibimiz olurdu. İndi heç olmasa, Azərbaycan millisindən daha üst yerdə qərarlaşan komandalarla qarşılaşırıq. Məsələn, millimizin qarşıdakı 4 yoxlama oyunundakı rəqiblərində 3-ü Macarıstan FİFA reytinqində 30-cu, Haiti 86-cı, Belarus 98-ci yeri tutur və əlbəttə, daha yaxşı göstəricilərə malikdir. Yalnız digər rəqib Latviya bizdən sonrakı 140-cı yeri tutur.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı