“Futbolçularıma təşəkkür edirəm. "Turan Tovuz" çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, keçirdiyi mətbuat konfransında vacib 3 xal qazandıqlarını söyləyib:
- Sıx qrafikdən keçirik. Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra "Səbail"lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq.
- 3-cü dueldə Kurban Berdiyevi məğlub edə bildiniz. Qələbənin açarı nə idi?
- Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi. Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq. Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər.
- İssa Cibrilla şans qazandığı oyunlarda etimadı doğruldur. Onunla bağlı fikirləriniz necədir?
- Məqsəd İsayev və İssa bizim əsas oyunçularımızdandır. Rəqibə və limitə uyğun rotasiyalar edirik. Başqa rəqib olsaydı, bu gün onların ikisi də eyni anda meydanda olmayacaqdı. Məndə 11 əsas futbolçu deyə bir şey yoxdur. Bütün futbolçulara bu şəkildə yanaşmağa çalışırıq. Belə məqamlarda faydasını görürük.
- Tiaqo Silvanın əsas heyətdə yerini itirməsinin səbəbi nədir?
- Heç bir problem yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm. Aydın yaxşı performans göstərir. Amma bizim 1 nömrəli qapıçımız Tiaqodur. Limitə görə onu oynada bilmirəm. Tiaqo özü də bu durumu başa düşür. O, komandanın liderlərindən biridir.
- "Sabah" - "Araz-Naxçıvan" matçında hansı nəticənin qeydə alınmasını istəyirsiz?
- Mənim nəsə deməyim düzgün olmaz. Həmişə qələbəyə köklənirik. Xeyirlisi nədirsə, o da olsun. Hər ikisi ölkə futbolunun aparıcı komanlarındandır. Maraqla oyuna baxacam.
- Salifu Sumaya həqiqətən də "Fənərbaxça"dan təklif gəlib? Sizə elə gəlmir ki, futbolçunun meneceri belə xəbərlərin süni şəkildə yayılmasında maraqlıdır?
- Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. "Dinamo"dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov