Almaniyanın “Nürberq” klubunun baş məşqçisi Miroslav Kloze oynamaq şansı vermədiyi azərbaycanlı futbolçusu Mahir Emreli ilə bağlı danışıb.
QOL.az “Bild”ə istinadən xəbər verir ki, o qeyd edib ki, hər şey hücumçunun özündən asılıdır:
“Onunla danışmışam. Məşqdə onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirə dedim ki, o da başqaları kimi istənilən vaxt oynamaq istədiyini göstərə bilər. Amma mən bunu sadəcə hiss etməliyəm”.
Nəşrin yazdığına görə, Kloze bu fikirləri ilə Mahirə heyətə qayıtması üçün qapını açır.
Mahir Emreli ilə maraqlanan Cənubi Koreyanın “Seul” klubu isə hələ ki, “Nürnberq”lə real danışıqlara başlamayıb. 2-ci Bundesliqa klubunun idman direktoru Joti Çatzialexio da Mahirlə bağlı “Bild”in sorğusuna belə cavab verib:
“Hələ ki, sakitlikdir. Mahir hələ də bizim futbolçumuzdur və komanda ilə məşq edir. O, hər bir oyunçu kimi həftəsonu oynayıb-oynamayacağına qərar verməlidir”.
Xəbərdə qeyd edilib ki, “Nürnberq” Mahir üçün 500 min avro transfer qiyməti qoyub. Cənubi Koreya klubu isə hələlik “Nürnberq”ə bununla bağlı cavab verməyib.
Xatırladaq ki, Mahir Emreli artıq 2 turdur ki, “Nürnberq”in oyunları zamanl iştirak ərizəsində yer almır.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər