"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, sonlara yaxın da oyunun sürəti artdı. Dinamik futbol oynadılar. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.
- Murad Musayev "Sabah"ı çalışdıranda, 3:2 hesablı qələbə qazanmışdı "Qarabağ"a qarşı. Bu mövsüm Kurban Berdiyev və Vasili Berezutski sizə uduzmayıb. Rusiyalı məşqçilərlə sizin komandanızın nəticələri təsadüfdür, yoxsa yaxşı analiz edirlər?
- Deyəcək bir şey yoxdur. Bura gəliblər, istəklidirlər, böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə, "Sabaha"a uduzacağıq, ya udacağıq. Hər məşqçi, komanda rəqibi analiz edir. Normaldır. Görünən odur ki, biz daha çox təhlil etməliyik. Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir.
- 7- 8 futbolçunun müqaviləsi bitir. Onlarla hazırki durum necədir?
- Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da, əksinə. Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək.
- Buraxdığınız qolu necə şərh edərdiniz?
- O epizodda daha çox Sekidikanın ustalığını qeyd etmək lazımdır. Daha diqqətli olmaq lazımdır. Mateus Silvaya irad deyildi, motivasiya verdim ki, daha bərk oynamaq lazımdır.
- Bu oyunda bir xal qazandınız, yoxsa itirdiniz?
- Qazandıq. Xalımızın üzərinə xal gəlirsə, qazanmış hesab edirəm. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video