"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 24-cü turunda "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
- Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. "Səbail" təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq.
- "Araz-Naxçıvan" Ramon Maçado və Felipe Santosdan asılıdır?
- Belə deməzdim. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır.
- Yarımmüdafiəçi Vanderson Melo bu gün mərkəz müdafiəçisi mövqeyində oynadı. Sizcə, komandanın oyunu buna görə meydanın mərkəzində alınmırdı?
- Məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video