"Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 24-cü turunda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik.
- Qol vura bilməmək problemini necə aradan qaldıracaqsınız?
- Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız "Sabah" və "Araz-Naxçıvan" yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsin. Qarşıda hələ 12 tur var. Növbəti turdakı "Şamaxı" ilə qarşılaşma bizim üçün final oyunu deyil.
- İnnosent Nşutinin ehtiyatda qalmasının səbəbi nə idi?
- Heyətimiz geniş deyil. İstədiyimiz transferlər alınmadı. Səbəblər haqda danışmaq istəmirəm. Heyəti formalaşdırmaqda çətinlik çəkirəm. Süni meydançada məşq edirik, zədələr üzə çıxır. İnnosent Nşutinin zədəsi var idi. Risk etmək istəmədik. Onun yoxluğunda hücum mövqeyində problemlər yaşayırıq. Fərid Nəbiyevin bugünkü oyununu bəyəndim. Nşutinin yoxluğunu hiss etdirmədi. Yolumuza davam edəcəyik. (sportal.az)
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video