"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 24-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb.
QOL.az sportal.az sayına istinadən xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
- Oyunun sonunda 4-lü müdafiəyə keçdiniz. Startda belə sistemlə oynamağı düşünürsünüz?
- Hələ yox. Bunun acısını "Araz-Naxçıvan"la matçda çəkmişik. Bu gün düşünmürəm. Oyunun gedişatında ola bilər. Bunun üzərində durub, çempionatın axırına qədər təkmilləşdirsək, daha yaxşı olar.
- Vaqif Cavadov dedi ki, yanlış penalti oldu. Sizcə, haqlı hesab hansı idi?
- Penalti deyildi, filan, görməmişəm. Köməkçilərim baxırdılar. Gördülər ki, penalti var. Bu cür oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempini öldürür, səhvlərə məcbur edir. Yaxşılığa getdiyimiz durumda bizim üçün əlverişli deyildi. Meydança yaşıldır, qardan təmizlənib. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmə olur. Bunlar anlaşılandır. Komandamdan razıyam. Futbolçular səbirli oldular. Sona qədər inam var idi. Rəqibin baş məşqçisinin dedikləri öz komandasına aiddir. Biz üç xalımızdan, komandamızdan razıyıq.
- Komandanın içində həftə ərzində siz olursunuz. Psixoloji durumda dəyişiklik hiss edirsiniz?
- Qalibiyyətlər özü əhval-ruhiyyəni düzəldir. Komandanı daha yaxşı hazırlamağa kömək olur. İndi ab-hava həddindən artıq yaxşıdır deyərdim...Amma turnir cədvəlindəki durum bunu deməyə imkan vermir. Amma əvvəlkindən yaxşıdır. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Məndən əvvəlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə nəticələr basqı yaradırdı.
- Sambunun oyunun necə dəyərləndirirsiniz?
- Birinci aylar futbolçu haqda qiymət vermək çətindir. Özü də bellə hava şəraitində. Burada ancaq mübarizə aparırsan. Hər bir futbolçumuza inanırıq. Allah qoysa, mövsümün sonuna qədər hərəsi bir oyun xeyir versə, irəli getməyimizə kömək olacaq.
- "Qarabağ"la oyundan sonra start heyəti müəyyənləşdirərkən, Yuri Matias seçimində tərəddüdünüz oldu?
- Heç vaxt, əsla olmayıb. Bir səhvin üzərində duran insan olmadığıma görə, belə şey də olmadı. Amma buna baxmayaraq, qorxumuz da olub, kimsə zədələnər. Matiasın o səhvinə görə oynamayacağını düşünməmişdik.
- Ramil Şeydayev kölgədə qalıb. Əsas problemi nədir ki, rəqabətdə uduzur?
- Bu gün heç bir futbolçumuzun problemi yoxdur. Ramildə heç bir problem görmürəm. "Sabah"la matçda başqa heyətlə oynadıq. Adlara gəlsək, heç kimdə problem yoxdur. Çalışırıq ki, hər bir futbolçunu növbəti matça yaxşı hazırlayaq.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev